Rusiyaya 500-dən çox sanksiya TƏTBİQ EDİLƏCƏK
ABŞ Rusiyaya qarşı 500-dən çox sanksiyanın tətbiq ediləcəyini açıqlayıb.
Gundem.az bildirir ki, bu barədə Ağ Evdən məlumat verilib. Qeyd olunub ki, buna səbəb müxalifətçi Aleksey Navalnının ölümü və Ukrayna savaşıdır.
“Bu gün Rusiyanın Ukraynada keçirdiyi müharibəyə və Aleksey Navalnının ölümünə görə Rusiyaya qarşı 500-dən çox yeni sanksiyalar elan edirəm. Biz, həmçinin, Rusiyanı dəstəkləyən 100-ə yaxın təşkilat üçün yeni ixrac məhdudiyyətləri tətbiq edirik”, - Bayden bildirib.
O, həmçinin qeyd edib ki, ABŞ Rusiyanın gəlirlərini daha da azaltmaq üçün tədbirlər görməyə çalışacaq. Bundan əvvəl Aİ Rusiyaya qarşı daha bir sanksiyalar paketini təsdiqləyib. Məhdudiyyətlər 194 fiziki və hüquqi şəxsə şamil edilib. Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, sanksiyalar ölkənin inkişafına mane olmur. Onun sözlərinə görə, onlar yerli şirkətlərə istehsalı genişləndirmək üçün stimul verir və ÜDM ildən-ilə artır. (Sfera.az)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay