BAKU Azərbaycan
°C

Son zamanlar Qərb mediasında anti-Azərbaycan isterikası güclənib. Qərbdə və İrəvanda Azərbaycanın hücuma hazırlaşması haqda bəyanatlar, “Ermənistana təhdid olan Azərbaycan” haqda təbliğatın genişlənməsinin arxa planında isə müəyyən məqsədlər güdülür.

Ekspertlərin fikrincə, əsas məqsədlərdən biri hər iki tərəfin, yəni həm Qərb, həm də Ermənistanın ictimai rəyi planlaşdırdıqları təxribata hazırlamaqdan ibarətdir.

Sözügedən təxribat isə birbaşa müharibə deməkdir.

Bir neçə gün bundan əvvəl Fransaya səfər edən Ermənistan Baş Naziri Nikol Paşinyanın da bu istiqamətdə tədbirlər gördüyü vurğulanır.

Ermənistan Qərbin dəstəyi ilə Azərbaycana hərbi hücum planlaşdırır?

Bununla bağlı Gundem.az-a açıqlama verən politoloq Zaur Məmmədov bildirdi ki, Qərb öz çirkin məqsədinə don geyindirməyə çalışaraq Azərbaycanı Ermənistana qarşı müharibəyə hazırlaşmaqda ittiham edir:

“Bu dəfə Fransa Qərbin “qanlı ssenarisi”ni reallaşdırmağa imza atıb. Müharibə üçün Ermənistanda və xaricdəki bütün revanşist qüvvələrin səylərini birləşdirmək tələb olunur. Emmanuel Makron Paşinyanın Parisə son səfəri zamanı onu Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanla bir araya gətirib. Fransa daşnaklar və revanşist qüvvələrlə Paşinyanı “barışdırmağa” çalışır. Müharibəyə hazırlıq istiqamətində əsas addım isə Ermənistanın silahlandırılmasıdır. Hazırda Fransa bu prosesi öz üzərinə götürüb. Fransa və Hindistanda Fransa lisenziyası ilə istehsal olunan silahlar Ermənistana ötürülür, fransız hərbçiləri Ermənistan piyada və dağatıcı bölmələrinə təlimlər keçir. Hədəf isə gün kimi aydındır - Ermənistan qəfil hücumla şərti sərhəddə bir neçə yüksəkliyi ələ keçirmək fikrindədir”.

Ekspert qeyd edib ki, Qərb Azərbaycan Ordusunun Zəngilan istiqamətindəki mövqelərinin atəşə tutulmasını, hərbçimizin yaralanmasını, şərti sərhəddə atəşkəsin davamlı pozulmasını, Naxçıvan istiqamətində təxribatlara əl atılmasını görməzlikdən, eşitməzlikdən gəlir:

“Yenə lal, kar, kor olublar, çünki bu, işlərinə yarayır. Yaxın vaxtlarda məlum olub ki, Fransa və Ermənistan dövlət təhlükəsizlik nazirləri arasında gizli anlaşma olub. Medianın verdiyi məlumata əsasən, bu anlaşmaya görə, Ermənistan Fransaya, Fransa isə Ermənistana informasiya mübadiləsi aparacaq. Fransa kosmik sahədə inkişafından istifadə edərək kosmosdan Azərbaycan hərbçilərinin, hərbi texnikamızın istiqamətləri, mövqeləri ilə bağlı Ermənistandakı həmkarlarını məlumatlandıra bilər. Təhlükəsizlik məsələsindən başqa, hərbi-texniki əməkdaşlığı da xüsusilə vurğulamalıyıq. Həm hücum xarakterli, həm müdafiə xarakterli silahların göndərilməsi, fransız generalın Ermənistanda peyda olması və Qərbin müxtəlif media orqanlarında “Azərbaycan Ermənistana qarşı müharibəyə hazırlaşır” kimi məsələ ondan xəbər verir ki, Qərbin ayrı-ayrı mərkəzləri Ermənistanla birlikdə müəyyən təxribat məqsədi daşıyırlar. Ermənistan baş naziri revanş edərək müəyyən bir ərazidə erməni hərbçilərini irəlilətmək niyyətində ola bilər”.

Son xəbərlər

Bu toyda 13-ü uşaq olmaqla 53 qonaq zəhərlənib

Şahruddinin komandası heç-heçə etdi

“Balamı tapıb verin” - Əri və qızı boğulan qadın fəryad etdi

Biznesmenin yarım milyardı oğurlandı

Rusiya bu ərazidə nəzarəti ələ keçirdi

İstanbulda atışma olub, ölən və yaralananlar var

Dünya şöhrətli müğənni 9 milyon dollarlıq təklifi rədd etdi

Roma Papası Ərdoğana təşəkkür edib

Türkiyədə zavodda güclü yanğın baş verdi

Zaporojye vilayəti atəşə tutulub, 11 nəfər ölüb

ABŞ səfirliyi: Ermənistandan olan azərbaycanlıların hüquqlarının qorunmasını dəstəkləyirik

Dünyanın ən yaşlı siam əkizləri vəfat etdi

Pakistanda ildırım can aldı - 25 ÖLÜ - FOTO

Kərə yağı Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI

Premyer Liqa: "Neftçi" 3 cavabsız qolla qalib gəldi

Günəş tutulması zamanı naməlum obyekt göründü - VİDEO

Quru Qoşunlarında birinci rübün yekunlarına dair iclas keçirilib

Rusiyanın Vladimir vilayətində partlayışlar baş verdi

Kimlərə portağal yemək olmaz?

Qadın qətlə yetirildi: Əri saxlanıldı - FOTO

Bütün xəbərlər