BAKU Azərbaycan
°C

"NATO-nun baş katibi Stoltenberqin Cənubi Qafqaz səfəri sözsüz ki, Rusiya ilə bağlı ümumi mənzərəni dəqiqləşdirmək, o cümlədən NATO-ya üzvlük, Rusiyaya qarşı NATO-nun mümkün addımlarını planlaşdırmaq məqsədi daşıyır".

Gundem.az xəbər verir ki, bu barədə fikirləri Milli Cəbhə Partiyasının üzvü, hüquqşünas Vüqar Dadaşov bildirib.

"Rusiya-Ukrayna cəbhəsində gərginləşmə, Fransanın Ukraynada müharibəyə qoşulmaq anonsları NATO-nun Cənubi Qafqaz ölkələri ilə vəziyyəti müəyyən etmək və danışıqlar aparmaq zərurəti yaradıb. NATO-nun Gürcüstanla, Ermənistanla danışıqları, razılaşmaların əldə edilməsi, Ermənistan və Gürcüstanın məlum açıq Qərbyönümlü siyasi kursu və Qərbin bu ölkələrə təsiri NATO-nun bu ölkələrlə olan münasibətlərini müəyyən etməkdə böyük rol oynayır”.

Hüquqşünas qeyd edib ki, NATO-nun Azərbaycanla danışıqları, razılaşmaları isə çox çətin və mürəkkəbdir.

“Əlbəttə ki, Cənubi Qafqazın açar ölkəsi Azərbaycanla razılaşma, bütün Cənub Qafqazın taleyini dəyişə biləcək səviyədə olduğundan, Stoltenberq Cənubi Qafqaz səfərini məhz Azərbaycandan başlayıb. Məhz Azərbaycanla danışıqlardan sonra Ermənistana və Gürcüstana konkret tapşırıqlar müəyyənləşəcək. NATO-nun Azərbaycanla danışıqlarının çətin olmasının səbəbi isə, Azərbaycanın ərazi bütövlüyünün öz hesabına bərpası, güclü ordu və güclü iqtisadiyatı, Avropanın və digər dövlətlərin enerji təhcizatında, təhlükəsizliyində vacib rolu və nəhayət Türkiyə ilə müttəfiqliyidir. Düşünürəm ki, NATO qismində Stoltenberqin Azərbaycanla hər hansı bir əhəmiyyətli siyasi razılaşmanı əldə etməsi mümkün deyil. Həm də, Stoltenberq bu ilin sonu vəzifəsindən getməlidir. Əlbəttə ki, bu faktın özü də müəyyən mənada təsirlidir”. (Sfera.az)

Son xəbərlər

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

“Reuters”in əməkdaşı Moskvada həbs olundu

Bakıda mənzildə meyit aşkarlandı

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Derbinin qalibi "Fənərbağça" oldu

Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı

Ermənistan Müdafiə Nazirliyi çağırış etdi

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Rasim Balayevdən Taleh Yüzbəyova sərt sözlər

İndoneziyada 6,3 bal gücündə zəlzələ oldu

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

Bakıda avtomobil yanır: yolda tıxac yarandı - VIDEO

İnsan beyni haqqında 9 MARAQLI FAKT

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

"Sabah" qalib gələrək üçüncü pilləyə yüksəldi

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Bütün xəbərlər