BAKU Azərbaycan
°C

ABŞ Prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

Gundem.az bildirir ki, danışıq 45 dəqiqə davam edib. Bu barədə İsrail hökumətinin mətbuat xidməti açıqlama yayıb. Məlumata görə, liderlər Qəzzada baş verən son hadisələr və İsrailin bütün məqsədlərinə çatmaq əzmini müzakirə edib:

“HƏMAS-ın aradan qaldırılması, məhbusların azad edilməsi və Qəzzanın İsrail üçün artıq təhlükə olmamasının təmin edilməsi kimi məqsədlər qeyd olunub”.

 

Netanyahu da öz növbəsində bildirib ki, Qəzzaya bu məqsədlərə çatmağa kömək edəcək lazımi humanitar yardımı verəcəklər.

ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan liderlərin danışığı ilə bağlı detallardan söz açıb. “Bayden Netanyahuya HƏMAS-ın məğlub olmasının tərəfdarı olduğunu deyib. Eyni zamanda o, İsrailə işlək strategiyanın lazım olduğunu vurğulayıb. Netanyahu isə Ağ Evin tələbinə müsbət cavab verib və yaxın günlərdə İsraildən bir komandanın Vaşinqtona gələcəyini bildirib”, - Sallivan əlavə edib. (Sfera.az)

Son xəbərlər

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

“Reuters”in əməkdaşı Moskvada həbs olundu

Bakıda mənzildə meyit aşkarlandı

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Derbinin qalibi "Fənərbağça" oldu

Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı

Ermənistan Müdafiə Nazirliyi çağırış etdi

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Rasim Balayevdən Taleh Yüzbəyova sərt sözlər

İndoneziyada 6,3 bal gücündə zəlzələ oldu

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

Bakıda avtomobil yanır: yolda tıxac yarandı - VIDEO

İnsan beyni haqqında 9 MARAQLI FAKT

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

"Sabah" qalib gələrək üçüncü pilləyə yüksəldi

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Bütün xəbərlər