BAKU Azərbaycan
°C

“Moskva Bakı ilə İrəvan arasında danışıqlar prosesinin öz nəzarətində olmasını istəyir”.

Gundem.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Kremlin nəzarətindən kənar sülh prosesi onun maraqlarına cavab vermir. 

“Misal üçün, Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşündə bildirib ki, İrəvan sərhəd kəndləri məsələsində Bakıya güzəştə getməsə, o zaman həftənin sonunda müharibə başlaya bilər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə diqqəti kəndlərin qaytarılmasının sülhə xidmət edəcəyinə yönəltmək əvəzinə, Paşinyanın “müharibə” ifadəsindən yapışıb. “Avropa Birliyi, NATO və Vaşinqtondan olan yeni kuratorlar işi görün hansı yerə çatdırdılar” deyə Zaxarova Paşinyanın bəyanatının Rusiya ilə heç bir əlaqəsi olmadığını vurğulayıb. O, Paşinyanın siyasətinin və açıqlamalarının qərblilərlə məsləhətləşmələrinin nəticəsi olduğunu deyib”.

Ekspert vurğulayıb ki, Paşinyanın son açıqlamalarının leytmotivi Ermənistana məxsus olmayan kəndlərin Azərbaycana qaytarılması ilə bağlıdır:

“Bu haqda isə Zaxarova və digər Rusiya rəsmiləri açıqlama vermirlər. Halbuki, 4 kəndin Azərbaycana qaytarılmasının Qərblə əlaqəsi yoxdur, bu, Nikol Paşinyanın qərarıdır. Çünki reallıq bunu diktə edir, üstəgəl bu şifahi razılaşma Rusiya Prezidenti Vladimir Putinin də 9 noyabrda Azərbaycan və Ermənistan liderləri ilə imzaladığı üçtərəfli bəyanatla əlaqəlidir”. (Sfera.az)

 

Son xəbərlər

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

“Reuters”in əməkdaşı Moskvada həbs olundu

Bakıda mənzildə meyit aşkarlandı

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Derbinin qalibi "Fənərbağça" oldu

Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı

Ermənistan Müdafiə Nazirliyi çağırış etdi

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Rasim Balayevdən Taleh Yüzbəyova sərt sözlər

İndoneziyada 6,3 bal gücündə zəlzələ oldu

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

Bakıda avtomobil yanır: yolda tıxac yarandı - VIDEO

İnsan beyni haqqında 9 MARAQLI FAKT

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

"Sabah" qalib gələrək üçüncü pilləyə yüksəldi

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Bütün xəbərlər