BAKU Azərbaycan
°C

Bu gün Brüsseldə Avronest Parlament Assambleyasının plenar iclasında Ermənistan Parlamentinin sədri Alen Simonyan çıxış edərək Azərbaycanı Qarabağda guya etnik təmizləmə aparmaqda, erməni irsini dağıtmaqda ittiham edərək, “Dağlıq Qarabağ” terminindən istifadə etdi.

Gundem.az xəbər verir ki, daha sonra söz alan Azərbaycan nümayəndə heyətinin rəhbəri deputat Tahir Mirkişili Ermənistan parlamenti spikerinin bu qərəzli çıxışını çox təəssüflə izlədiyini dedi. O, indiki sülh danışıqları atmosferində belə bir çıxışın dağıdıcı təsirə malik olduğunu, nə deputata, nə də spikerə yaraşmayan bir çıxış olmasını qeyd edərək, hər kəsin Azərbaycan-Ermənistan normallaşma prosesinə dəstək verməli olduğunu qeyd etdi.

Azərbaycanda “Dağlıq Qarabağ” adında regionun deyil, Qarabağ iqtisadi regionunun olduğu, Azərbaycanın heç vaxt heç harda etnik təmizləmə aparmadığı, Xankəndində bu gün də ermənilərin yaşadığı, Ermənistanın regionda nəhəng dağıntı etdiyini və əraziləri mina ilə çirkləndiyini deyən Tahir Mirkişili Ermənistan spikerini son 30 ildə istifadə etdikləri leksikondan imtina etməyə və sülhə dəstək verən çıxış etməyə çağırdı.

Son xəbərlər

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

“Reuters”in əməkdaşı Moskvada həbs olundu

Bakıda mənzildə meyit aşkarlandı

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Derbinin qalibi "Fənərbağça" oldu

Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı

Ermənistan Müdafiə Nazirliyi çağırış etdi

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Rasim Balayevdən Taleh Yüzbəyova sərt sözlər

İndoneziyada 6,3 bal gücündə zəlzələ oldu

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

Bakıda avtomobil yanır: yolda tıxac yarandı - VIDEO

İnsan beyni haqqında 9 MARAQLI FAKT

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

"Sabah" qalib gələrək üçüncü pilləyə yüksəldi

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Bütün xəbərlər