BAKU Azərbaycan
°C

Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq.

Gundem.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd edilib.

Bildirilib ki, DTX tərəfindən eyni zamanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti də koordinasiya olunur:

"Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatda olan 3890 vətəndaşımızın taleyinə aydınlıq gətirilməsi, işğaldan azad olunmuş ərazilərdə kütləvi məzar yerlərinin müəyyən olunması, meyit qalıqlarının ekshumasiyası və eyniləşdirilməsi istiqamətində hazırda intensiv iş aparılır. Görülən tədbirlər nəticəsində 107 itkin düşmüş şəxsin eyniləşdirilməsi təmin edilmiş, onların sırasından 1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş təhlükəsizlik orqanlarının mərhum əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da daxil olmaqla, ümumilikdə 34 nəfərin adları ictimaiyyətə elan olunmuşdur. Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaqdır. İtkin düşmüş vətəndaşlarımızın axtarışı kimi həssas məsələ ilə əlaqədar dövlətimizin başçısı tərəfindən qarşımıza qoyulan mühüm tapşırıqlar bundan sonra da tam və vaxtında icra ediləcəkdir".

Son xəbərlər

ANAMA-nın əməkdaşı Şuşada MİNAYA DÜŞDÜ

Putinin andiçmə mərasiminin tarixi MƏLUM OLDU

Məşhur müğənninin qohumu sevgilisi tərəfindən ÖLDÜRÜLDÜ - FOTO

"Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur" - Sahibə Qafarova

Elektron siqaretlər hamilə qalmaq şansını AZALDIR

Sabah 32 dərəcə isti olacaq

Günel Osmanovaya İTV-də yeni VƏZİFƏ VERİLDİ - FOTO

Ən dürüst bürclər - Heç vaxt yalan danışmırlar

Jurnalist saxta xəbərlərə görə SAXLANILDI- FOTO

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər - FOTO

"Putin Navalnının ölümündə günahkar deyil" - ABŞ kəşfiyyatı

Məşhur aktrisanın qızı oldu - FOTO 

Bakıda 296 kəsici-deşici alət aşkar olunaraq götürüldü - RƏSMİ

Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"

Kamaləddin Qafarov: “Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”

Ordumuzun komanda-qərargah təlimləri başa çatdı - FOTO

Abşeronda yol qəzası olub - Xəsarət alan var

Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur

Bu il hər addımda şanslı olacaq BÜRCLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Bütün xəbərlər