BAKU Azərbaycan
°C

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın ABŞ və Avropa ölkələrində yüksək vəzifəli rəsmilərlə intensiv görüşlərinə dair xəbərlər yayılıb.

Sözügedən Qərb rəsmiləri kimlərdir?

Gundem.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu deyib ki, Oskanyan baş nazir Nikol Paşinyanın bütün addımlarını tənqid edir və onun Azərbaycanla razılaşmasına mane olmağa çalışır. Ekspertin sözlərinə görə, digər tərəfdən isə, həm Vaşinqton, həm də Brüssel Nikol Paşinyana dəstək verir. Bu isə qaranlıq qalan məqamların yaranmasına səbəb olur:

“Belə çıxır ki, həmin dairələr Paşinyana dəstəklə yanaşı, onun mövqelərini zəiflətməyə çalışan Oskanyanla da fikir mübadiləsi aparırlar. Ancaq bu, Rusiyanın təsirindən qurtulmağa çalışan Nikol Paşinyana əlavə problem yaradır. Bu isə Qərbin maraqlarına ziddir. Ya da ki, Vardan Oskanyan ABŞ və Avropada aşağı səviyyədə qəbul olunur, onun fikirləri diqqətə alınmır. Ümumiyyətlə, Oskanyan müxalifət partiyalarında təsmil olunmayıb, deputat deyil, sadəcə özünün təsis etdiyi fond sədridir. Böyük ehtimalla, fondu üçün müxtəlif təşkilatlardan ianə toplayır, içində erməni lobbisinin təmsilçiləri də var, yol və otellərdə qalma pulunu onlar verir”.

Politoloq qeyd edib ki, Paşinyanın daxili və xarici siyasətindən narazı qalan erməni diasporunun imkanlı nümayəndələrinin Oskanyana maliyyə ayırdığı istisna deyil:

“Vardan Oskanyan eyni zamanda təsis etdiyi “Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi komitəsi”nə diqqəti cəlb etməyə çalışır. Paşinyan və onun komandası Qarabağ mövzusunu unutmağa çalışarkən, Oskanyan tam tərsiylə məşğuldur. Əgər Nikol Paşinyan Azərbaycanla razılaşma əldə etmək istəyirsə, Oskanyan kimilər ona mane ola bilməyəcək. Buna baxmayaraq, suyu bulandırmağa çalışan Oskanyanın fəaliyyəti müxtəlif qüvvələrin maraqlarına xidmət edir. Bunlar arasında Ermənistanın radikal müxalifətindən tutmuş Paşinyana nifrət edən Rusiyadakı dairələrə qədər mərkəzlər var”.

Son xəbərlər

Sabah 32 dərəcə isti olacaq

Günel Osmanovaya İTV-də yeni VƏZİFƏ VERİLDİ - FOTO

Ən dürüst bürclər - Heç vaxt yalan danışmırlar

Jurnalist saxta xəbərlərə görə SAXLANILDI- FOTO

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər - FOTO

"Putin Navalnının ölümündə günahkar deyil" - ABŞ kəşfiyyatı

Məşhur aktrisanın qızı oldu - FOTO 

Bakıda 296 kəsici-deşici alət aşkar olunaraq götürüldü - RƏSMİ

Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"

Kamaləddin Qafarov: “Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”

Ordumuzun komanda-qərargah təlimləri başa çatdı - FOTO

Abşeronda yol qəzası olub - Xəsarət alan var

Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur

Bu il hər addımda şanslı olacaq BÜRCLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Bütün xəbərlər