BAKU Azərbaycan
°C

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır.

Bu bardə Gundem.az-a Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-yə səfəri çərçivəsində Nyu-Yorkda keçirilən BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) 23-cü sessiyasında iştirak edib.

O, CEPA-nın “16-cı və 17-ci Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi üçün Könüllü Milli Hesabat Ölkələri və Könüllü Yerli Hesabat Şəhərləri arasında perspektivli təcrübələrin mübadiləsi” adlı sessiyada çıxış edib. Çıxış zamanı Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in fəaliyyəti, eləcə də 16-cı və 17-ci DİM-lərə nail olunması istiqamətində Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş layihələr barədə ətraflı məlumat verilib. Eyni zamanda “ASAN xidmət”in beynəlxalq arenada əldə etdiyi nailiyyətlər, həmçinin “ASAN İnnovativ İnkişaf Mərkəzi” tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən təlimlərin əhəmiyyəti diqqətə çatdırılıb.

Ü.Mehdiyev BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua ilə görüşüb. Görüş zamanı 2013-cü ildən etibarən Dövlət Agentliyi ilə BMT-nin müvafiq departamenti arasında həyata keçirilən uğurlu əməkdaşlığa toxunulub. Qarşı tərəf “ASAN xidmət”in BMT tərəfindən 2 dəfə yüksək mükafata layiq görüldüyünü diqqətə çatdıraraq, müvafiq modelin digər ölkələrdə də tətbiqinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Görüş zamanı “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə tətbiqi istiqamətində Dövlət Agentliyi ilə BMT arasında yeni əməkdaşlıq layihəsinin həyata keçirilməsi barədə razılığa gəlinib.

Bundan əlavə, BMT İnkişaf Proqramının Regional Bürosunun direktoru İvana Zivkoviç ilə görüş keçirilib. Dövlət Agentliyinin sədri tərəfindən “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə geniş təqdimat edilib. Qarşı tərəf ötən dövr ərzində Dövlət Agentliyi ilə BMT-nin İnkişaf Proqramı arasında icra edilmiş layihələri xatırladaraq bundan sonra da müvafiq istiqamətlər üzrə əməkdaşlığa hazır olduqlarını bildirib.

Ü.Mehdiyev gənclər və idman naziri Fərid Qayıbovun dəvəti əsasında Nyu-Yorkda və ətraf ştatlarda təhsil alan azərbaycanlı tələbələrlə, həmçinin burada yaşayan gənclərlə görüşüb.

Son xəbərlər

Magistral yolun bir hissəsi uçdu: 18 avtomobil uçuruma düşüb, tələfat var

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Bakı-Sumqayıt qatarını daşa basdılar - RƏSMİ

Gürcüstanda etiraz aksiyaları: Polis su şırnaqları və rezin güllələrlə insanları dağıtdı

50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı

Neft ucuzlaşır – “Azeri Light”ın YENİ QİYMƏTİ

Bu şəhərdə dondurma və pizza yemək QADAĞAN EDİLƏCƏK

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

19, 20, 21 və 28 may tarixləri ilə bağlı əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

İlham Əliyev İraq Parlamentinin sədrini QƏBUL ETDİ - FOTO

Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO

Ağakərimin son vəziyyəti AÇIQLANDI

Ukraynada yaralanan azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI

Gömrük Komitəsinin sabiq əməkdaşına hökm oxundu

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi

Addison xəstəliyi nədir və necə müalicə olunur?

Bəy gəlini "moyka"da "yudu" - VİDEO

Fransa XİN başçısı Benyamin Netanyahu ilə GÖRÜŞDÜ 

Əhaliyə hava ilə bağlı MÜHÜM XƏBƏRDARLIQ!

Bütün xəbərlər