BAKU Azərbaycan
°C

“ABŞ İsrailin İrana hücum edəcəyini bilirdi”.

Gundem.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlum olub ki, İsrail yaxın bir-iki gün ərzində İrana cavab zərbəsi endirəcəyini ABŞ-yə əvvəlcədən xəbər verib.

“İsrail aprelin 18-də ABŞ-yə bu barədə məlumat verib. Ölkə yaxın 24-48 saat ərzində İrana zərbə endirmək niyyətinin olduğunu bildirib” — “Bloomberg” hökumət orqanlarındakı mənbələrə istinadən yazıb.

Agentliyin həmsöhbəti konkret məlumat verməyib. Bu gün səhər saatlarında İsfahan şəhərində partlayış baş verib. ABŞ mediası bildirib ki, İsrail İrana raket zərbələri endirib. Bundan sonra ölkənin bir neçə şəhərinin üzərində mülki aviasiyanın uçuşları dayandırılıb. İsrail əmin edib ki, onlar ölkədəki nüvə obyektlərini hədəf almayıblar.

Xatırladaq ki, İsrail aprelin 1-də Suriyanın paytaxtı Dəməşqdə İran konsulluğunun binasına hava zərbəsi endirib. Nəticədə İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 2 generalı həlak olub. Buna cavab olaraq aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə İsrailə hücum edib. Aprelin 14-ü isə İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib. (Sfera.az)

Son xəbərlər

Magistral yolun bir hissəsi uçdu: 18 avtomobil uçuruma düşüb, tələfat var

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Bakı-Sumqayıt qatarını daşa basdılar - RƏSMİ

Gürcüstanda etiraz aksiyaları: Polis su şırnaqları və rezin güllələrlə insanları dağıtdı

50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı

Neft ucuzlaşır – “Azeri Light”ın YENİ QİYMƏTİ

Bu şəhərdə dondurma və pizza yemək QADAĞAN EDİLƏCƏK

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

19, 20, 21 və 28 may tarixləri ilə bağlı əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

İlham Əliyev İraq Parlamentinin sədrini QƏBUL ETDİ - FOTO

Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO

Ağakərimin son vəziyyəti AÇIQLANDI

Ukraynada yaralanan azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI

Gömrük Komitəsinin sabiq əməkdaşına hökm oxundu

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi

Addison xəstəliyi nədir və necə müalicə olunur?

Bəy gəlini "moyka"da "yudu" - VİDEO

Fransa XİN başçısı Benyamin Netanyahu ilə GÖRÜŞDÜ 

Əhaliyə hava ilə bağlı MÜHÜM XƏBƏRDARLIQ!

Bütün xəbərlər