Siyasət
22.04.2024 / 14:54
58
Malayziya parlamentinin sədri Azərbaycana səfər edəcək
Malayziya Senatının sədri Mutang Tagal Azərbaycana səfər edəcək.
Bunu Gundem.az-a açıqlamasında Malayziyanın Azərbaycandakı səfiri Ahmad Kamrizamil Bin Mohd Rza deyib.
Səfir səfərin aprelin sonunda baş tutacağını bildirib.
"2023-cü ildən etibarən iki ölkə arasında qarşılıqlı mühüm səfərlər olub. Aprelin sonunda Malayziya Senatının sədri Azərbaycana gələcək. Senat sədrinin rəhbərlik edəcəyi nümayəndə heyəti 9 nəfərdən ibarət olacaq", - diplomat qeyd edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay