BAKU Azərbaycan
°C

“Məlum olduğu kimi, Azərbaycanın və Ermənistanın delimitasiya komissiyalarının aprelin 19-da keçirilmiş növbəti görüşündə sərhəd delimitasiyası prosesinin ilkin mərhələsində Qazaxın işğal altında olmuş qeyri-anklav kəndlərinin ölkəmizin nəzarətinə qeyd-şərtsiz qaytarılması barədə razılığa gəlinib. Azərbaycan və Ermənistan ortaya çıxan məsələləri müstəqil şəkildə həll etməyə qadir olduqlarını bir daha sübut etdilər. Ermənistanın Tavuş vilayətində revanşistlər isə nə qədər həyasızlıq etsələr də, Azərbaycan istəyinə nail oldu”. 

Gundem.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Kamran Bayramov deyib.

“Heç bir şübhə yoxdur ki, bu hadisə sərhədlərin real delimitasiyası prosesinin bünövrəsini qoydu və onun ilk addımı məhz Qazax rayonunda atıldı. Çünki Azərbaycan delimitasiyanın konkret olaraq strateji əhəmiyyət kəsb edən bu ərazidən başlanılmasını israrla tələb edirdi və tələbin yerinə yetirilməsinə nail oldu.

Əldə olunmuş razılıq Qarabağ üzərində suverenliyin tam bərpa edilməsi və Rusiya sülhməramlı kontingentinin ölkə ərazisindən çıxarılması da daxil olmaqla mühüm qələbələr silsiləsində yeni bir mərhələ oldu. Biz bir daha şahidi oluruq ki, cənab Prezidentin irəli sürdüyü tələblər təmin edilir, qurduğu planlar isə dövlətimizin milli maraqlarına tam uyğun həyata keçirilir“, - millət vəkili qeyd edib.
Deputat bildirib ki, Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları və Qərb dairələri delimitasiya prosesinə müxtəlif yollarla təsir göstərməyə, Ermənistanın tərəfini tutmağa çalışsalar da, cənab Prezident İlham Əliyev onların müdaxiləsinin qarşısını qətiyyətlə almağı bacarıb:

“Hətta onlar tərəfindən razılaşmanın alqışlanmasına və dəstəklənməsinə nail oldu. Artıq aydın görünür ki, Qərb adlanan dırnaqarası “sülhməramlılar” və “vasitəçilər” Azərbaycan-Ermənistan dialoquna və danışıqlarına nə qədər az müdaxilə etsələr, Cənubi Qafqaza sülh və sabitlik bir o qədər tez gələcək.

Eyni zamanda, bu hadisə daha bir məsələyə yağlı nöqtə qoydu. Azərbaycanın, guya, Ermənistana hücuma və müharibəyə hazırlaşması ilə bağlı Fransanın və kollektiv Qərbin apardığı təbliğat darmadağın edildi. Artıq hamıya bəlli oldu ki, bu ittihamlar ölkəmizə qarşı yönəlmiş və reallıqla heç bir əlaqəsi olmayan çirkin oyunun və qarayaxma kampaniyasının tərkib hissəsi idi.
Son bir neçə gündə baş verən və hər iki ölkə üçün müsbət xarakter daşıyan hadisələr cənab Prezidentin çoxdan söylədiyi fikirləri sadəcə təsdiq etdi - Cənubi Qafqaz regionunda davamlı sülhün və etibarlı təhlükəsizliyin təmin edilməsi Ermənistanın Azərbaycanla vasitəçisiz, havadarsız birbaşa dialoqun və təmasların davam etdirilməsindən keçir! Zaman da göstərdi ki, bu, alternativi olmayan yoldur”. (Sfera.az)

Son xəbərlər

Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar

Fransada uşaqlarla bağlı QADAĞA - 13 yaşdan aşağı...

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək GÜCLƏNDİ

Bu şəxslər pensiyaya 5 il tez çıxacaq

Hava bu tarixdən KƏSKİN DƏYİŞİR - XƏBƏRDARLIQ! 

Azərbaycanlı aparıcıya AĞIR İTKİ - FOTO

Bu xanımlar pilinq ETMƏSİN! - Həkim səbəbi açıqladı

Bu şəxslər pensiyaya daha tez ÇIXACAQ - PREZİDENT TƏSDİQLƏDİ

“Qazprom” zərər edib – Son 25 ildə ilk dəfə

Pakistanda AĞIR QƏZA: 20 nəfər öldü, yaralılar var

Sergey Şoyqunun qızı övladının ŞƏKLİNİ PAYLAŞDI

Uşaq Birliyinin rəhbərinin iddialarına RƏSMİ CAVAB

Prezident fərman İMZALADI

Ərzaq məhsulları yenidən bahalaşır – RƏQƏMLƏR

Ərdoğan: "Türkiyə İsraillə ticarət əlaqələrini kəsmək qərarına gəlib"

Putindən ölkəsi ilə bağlı TƏKLİF: “2030-cu ilə qədər...” 

Azərbaycan hərbçiləri beynəlxalq təlimdə İŞTİRAK EDƏCƏKLƏR

Kəlbəcərdə yük və minik avtomobilləri toqquşdu - XƏSARƏT ALANLAR VAR

Bu xanım Türkmənistana səfir təyin TƏYİN EDİLDİ - FOTO

Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”

Bütün xəbərlər