BAKU Azərbaycan
°C

"İranın nüvə bombası hazırlamaq üçün kifayət qədər materiala malik olmasına aylar deyil, həftələr qalıb".

Gundem.az  xarici KİV-ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi deyib.

Tehranın bu səviyyəyə yaxınlaşmasından narahatlığını ifadə edən Qrossi qeyd edib ki, bu, İranın bu müddət ərzində nüvə silahına malik olması və ya olacağı anlamına gəlmir:

"Effektiv nüvə başlığı kifayət qədər parçalanan materiala malik olmaqla yanaşı, bir çox əlavə şeylər tələb edir".

Qrossi Tehranı MAQATE müfəttişləri ilə əməkdaşlıq səviyyəsini Agentliyin tələblərinə uyğun olaraq artırmağa çağırdığını təkrarlayıb və İranın proqramının şəffaflığına dair artan şübhələr barədə xəbərdarlıq edib.

MAQATE direktoru İranın fəaliyyəti ilə bağlı rüblük hesabatı dərc etməzdən əvvəl iki tərəf arasında həlledici məsələləri müzakirə etmək üçün gələn ay Tehrana səfər etməyi planlaşdırdığını bildirib.

Qərb dövlətləri Qrossidən MAQATE Direktorlar Şurasının iyunun əvvəlində Vyanada keçirilməsi planlaşdırılan rüblük iclasından əvvəl İranla bağlı qərarları müzakirə edə bilmələri üçün rüblük hesabat təqdim etməyi xahiş ediblər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü isə ötən bazar ertəsi verdiyi açıqlamada "İranın nüvə doktrinasında silahın yeri yoxdur" deyib. Tehran rəsmisi İran obyektlərinin İsrailin bombardmanına məruz qalacağı təqdirdə nüvə siyasətlərinə yenidən baxacaqları barədə təhdid edib. (Sfera.az)

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər