BAKU Azərbaycan
°C

NİDA XƏBƏR

Ermənistan səfirliyinin əsassız ittihamlarına CAVAB

  •  
  •  
  •  
  •  

Azərbaycan Respublikasının Argentina Respublikasındakı səfirliyinin Uruqvay Şərq Respublikasındakı diplomatik nümayəndəliyi tərəfindən Uruqvayın “El País” qəzetində Ermənistan səfirliyinin ölkəmizə qarşı səsləndirdiyi əsassız ittihamlarına cavab verilib.

Bu barədə Gundem.az-a səfirlikdən məlumat verilib. Bildirilib ki, aprelin 24-də Uruqvayın ən nüfuzlu mətbu orqanlarından biri olan “El Pais” qəzetində Ermənistanın bu ölkədəki müvəqqəti işlər vəkilinin “Ermənistan səfirliyi erməni soyqırımının 109-cu ildönümünü qeyd edir” adlı məqaləsində ölkəmiz əleyhinə səsləndirilmiş əsassız ittihamlara cavab verilib.

Ermənistanın Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxladığı, BMT-nin müvafiq qətnamələrini yerinə yetirmədiyi diqqətə çatdırılıb.

Bununla yanaşı, Ermənistanın “soyqırımı məsələsin”dən danışarkən Xocalıda törədilmiş faciəni xatırlamasının faydalı olacağı vurğulanıb, faciə və nəticələri barədə ətraflı məlumat verilib. Eyni zamanda, sözügedən faciənin dünyanın bir sıra ölkələri tərəfindən soyqırımı kimi tanındığı bildirilib.

Həmçinin Ermənistan müvəqqəti işlər vəkilinin Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru “Luis Moreno Okampo Azərbaycan tərəfindən törədilən hərəkətləri soyqırımı olaraq adlandırmışdır” iddiasına cavab olaraq beynəlxalq hüquq sahəsində aparıcı hüquqşünas və ekspert Rodni Dikson tərəfindən məsələ ilə əlaqədar növbəti qiymətləndirmənin səsləndirildiyi bildirilib: “Bütün bunlar, müstəqil və ədalətli ekspertin metodologiyası deyil. Bunun daha çox hüquqi məsələlərin siyasiləşdirilməsinə, onlardan siyasi məqsədlər üçün istifadə olunmasına xidmət etməsi təəssüf doğurur. M.Okamponun rəyi təəccüblü dərəcədə əsassızdır. Orada “soyqırımı”nın əsas elementlərini dəstəkləyən heç bir sübut yoxdur. Rəydə “soyqırımı”nın tərifini vermək faydalı ola bilər, lakin bu, heç bir dəlil və əsas olmayan şəraitdə məsələni irəli aparmaq iqtidarında deyil”.

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər