BAKU Azərbaycan
°C

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb. 

Gundem.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında deputat Vüqar Bayramov deyib. 

Millət vəkili bildirib ki, bu dövr üçün 777 milyon manatın ayrılması nəzərdə tutulsa da, faktiki 1 milyard 84 milyon xərclənib:

“Sosial istiqamətlərə daha çox vəsaitin ayrılması maaş, müavinət və digər sosial ödənişlərin yenidən artırıla bilməsi imkanları ilə bağlı sualları daha da aktuallaşdırıb”.

V.Bayramov qeyd edib ki, 2024-cü ilin büdcə xərclərinin 40, cari xərclərin 70 faizi sosial yönümlüdür:

 

“Bu isə 2024-cü ildə də sosial təminatın prioritetliyini qoruyub saxladığından xəbər verir. Son 5 ildə daha da dərinləşən sosial paket nəticəsində həmin dövrdə minimum əməkhaqqı 2.8 dəfə, orta aylıq maaş isə 80 faiz artıb. Sosial istiqamətə nəzərdə tutulan vəsaitin daha da artırılması büdcəyə yenidən baxılması nəticəsində mümkün ola bilər”.

Deputatın sözlərinə görə, “Büdcə Sistemi” haqqında Qanuna əsasən, may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq, cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclis qarşısında məsələ qaldırıla bilər:

“Bu kontekstdən, gözlənilir ki, hökumət tərəfindən fiskal dəyərləndirmə aparıldıqdan sonra bu istiqamətdə yekun qərar veriləcək. Sosial təminata 2024-cü ilin geridə qalan aylarında daha çox vəsaitin xərclənməsi isə ilin növbəti aylarında da sosial ayırmaların prioritet olacağından xəbər verir”.

Son xəbərlər

Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Bakıda 17 min manata pişik satılır - VİDEO

Sabah 4 rayonda qaz olmayacaq

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

HƏMAS İsraillə atəşkəsə RAZILAŞDI

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO

Dünya çempionu vəfat etdi - FOTO

Nazir Ülviyyəni qəbul etdi

ABŞ səfirindən PAYLAŞIM: "Şuşada olduğuma görə xoşbəxtəm"

ABŞ səfirinin ŞUŞA SƏFƏRİ: “Bununla da Ermənistana…” - AÇIQLAMA

"Gizlənə bilməyəcəksiniz, fəlakətiniz olacaq" - Medvedevdən XƏBƏRDARLIQ

Slovakiyanın Baş naziri Azərbaycana YOLA DÜŞDÜ

Vilayət Eyvazov onu rəis TƏYİN ETDİ

Türkiyə ordusu daha 7 terrorçunu məhv etdi

COP29-la bağlı iki xəstəxana AYRILDI

Əhaliyə bu tarixlərlə bağlı XƏBƏRDARLIQ - Ehtiyatlı olun!

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTOLAR

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

Məhkəmədən Anar Məmmədli ilə bağlı QƏRAR

Bütün xəbərlər