BAKU Azərbaycan
°C

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun Başkəndlə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. O, anklavların dəyişdirilməsi təklifi ilə çıxış edib. Bu isə sosial şəbəkələrdə tənqidlə qarşılanıb.

 

Millət vəkili çıxışı zamanı bunları qeyd edib:

 

“İndi belə olan halda oraya axı yol da olmalıdır. Bu yolu da sən gərək qarşılıqlı: Başkənd Azərbaycan ərazisindən yol almalıdır, Azərbaycan eksklavlara isə Ermənistan ərazisindən... Bu yenə də təkrar deyirəm qarşılıqlı, hansısa bir mübadilə, ya da güzəşt tələb edən məsələdir. Yol verildiyi halda həmin o yolun qazı, suyu, işığı çəkilməli, mühafizəsi təmin edilməlidir. Bu da asan məsələ deyil. Mübadilə mənə daha əlverişli görünür”.

Gundem.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, Başkənd Azərbaycan üçün vacib ərazidir və Qərb bölgəsində bir çox rayonun təhlükəsizlik qarantıdır:

“Qarabağ kimi Tovuz , Qazax, Gədəbəy və digər Qərb rayonlarının təhlükəsizliyi də Azərbaycan üçün son dərəcə vacibdir. Hazırda delimitasiya prosesi uğurlu şəkildə gedir. Dövlət başçısının yüksək peşəkarlıqla apardığı siyasətin nəticəsi olaraq 4 kəndin məsələsi bir güllə belə atılmadan xeyrimizə həll edildi. Azərbaycan tərəfi prosesi çox uğurlu şəkildə aparır, hər dağa, dərəyə diqqət edilir. Ölkədə heç kəsdə zərrə qədər də olsa, şübhə yoxdur ki, proses ən sonda Azərbaycanın qəti üstünlüyü ilə bitəcək. Strateji yüksəkliklərin Azərbaycanda qalması hazırda əsas prioretimizdir və komissiya bu məsələlərə çox həssas yanaşaraq öz işini görür. Başkənd isə bizim üçün çox mühümdür. Bu kəndin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki ermənilər müharibə dövründə məhz burdan Gədəbəyin Şınıxı bölgəsini və Tovuzun bir çox kəndini atəşə altında saxlayırdılar”.

Ekspert bildirib ki, Azərbaycan ordusu Başkəndi azad etməsəydi, o zaman Gədəbəy və Tovuzun bir çox kəndi ermənilər tərəfindən işğal ediləcəkdi:

“Başkəndin azad edilməsi Gədəbəy və Tovuzu işğaldan qorudu. 1992-ci ilin yanvarın 31-də Mutudərə ətrafında ermənilərin törətdiyi qətliam - 6 soydaşımızı qətlə yetirmələri və Şınıxa gedən yolu bağlamaları yaddaşdan silinməyib. Məhz bu səbəblərə görə , Başkəndin tarixi - strateji əhəmiyyəti əvəzsizdir”.

Son xəbərlər

Hamiləlik zamanı stressə məruz qalmağın FƏSADLARI - Məlum olub ki...

Polşa ukraynalıların qəbulunu DAYANDIRDI: "Məcbur deyilik!"

ABŞ Nigeriyadan qoşunlarını çıxarmağa başladı

İş yerlərinin 80 faizi Bakıda açılıb – RƏQƏMLƏR

Cavanşir körpüsü sökülür, nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILDI

Günəşdə partlayışlar bu tarixdə maksimuma ÇATACAQ

Azərbaycanda olan işsizlərin sayı AÇIQLANDI

Siyasi liderlərin həlak olduğu QƏZALAR - XRONOLOGİYA

Putin müdafiə nazirinə yeni müavin təyin etdi

İtaliya Azərbaycana yeni səfir TƏYİN ETDİ

Ərdoğan Nazirlər Kabinetini topladı

Mincivan qəsəbəsinə köçürüləcək sakinlərin sayı AÇIQLANDI

51 yaşlı qadını döyüb telefonunu əlindən aldı - FOTO 

“iPhone”un ən bahalı və ən nazik modeli TƏQDİM EDİLƏCƏK

Qayınanası ilə evləndi və toy xərclərini qayınatası ödədi 

“Yaralı” qanadlar: İranda son illərin aviasiya qəzaları – DOSYE

BMT iclasa sükutla başladı -  Rusiyanın xahişi ilə...

İranın xarici işlər nazirinin CƏSƏDİ TAPILDI - FOTO 

Talıb Taledən Zeynəblə bağlı AÇIQLAMA: "İlk gündən onu..."

Qarabağda yeni idarə yaradıldı

Bütün xəbərlər