BAKU Azərbaycan
°C

Bu gün Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasından 25 il ötür. 


Gundem.az xatırladır ki, XTQ 1999-cu ildə Müdafiə Nazirliyinin tabeliyində yaradılıb və hazırda Quru Qoşunlarının bir hissəsi kimi xidmət göstərir. 
XTQ-nin formalaşdırılmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin xüsusi rolu olub. “Yaşma” ləqəbi ilə tanınan XTQ-nin əsas vəzifəsi ölkəmizə qarşı terror, partizan hərəkətlərinin qarşısını almaq, xüsusi kəşfiyyat əməliyyatları həyata keçirmək, birbaşa döyüş əməliyyatlarına qoşulmaq, hərbi yardım və digər bu kimi çətin tapşırıqları icra etməkdir. “Sədaqətim Şərəfimdir” şüarı altında xidmət həyata keçirən xüsusi təyinatlıların sıraları 2015-ci ildə yeni yaradılan dəstələrlə bir qədər də genişləndirilib. 
XTQ atəşkəs dövründə xüsusi əməliyyatlar həyata keçirərək Azərbaycanın milli maraqlarının təmin edilməsində rolunu təsdiqləyib. Bu sıradan 2010-cu ilin 18-19 iyun tarixlərində Çaylı yaxınlığında baş verən toqquşmanı, 2016-cı ildəki aprel döyüşlərini xatırlatmaq yerinə düşür. 
Xüsusi təyinatlıların 2020-ci ilin sentyarın 27-də başlanan və 44 gün davam edən İkinci Qarabaq müharibəsindəki fədəkarlığı isə xüsusilə qeyd edilməlidir.   Müharibədəki taktiki qələbələrin bir çoxu XTQ-nin yerdəki mövqelərindən hədəf koordinatları təmin edən, şəhərə girən və Ermənistan ordusunu şəhərin mərkəzindən sıxışdıran diversant qrupları sayəsində əldə olunub. Bu müharibə Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrinin aktiv şəkildə istifadə edildiyi müharibə hesab edilir. 
Şuşa şəhərinin azad edilməsində XTQ böyük şücaət göstərdi. Məhz buna görə də Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şüşanın işğaldan azad edilməsi münasibəti ilə XTQ-nin komandiri Hikmət Mirzəyevi təbrik etmişdi. 
İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra XTQ-nin 32 nəfər üzvü Vətən Müharibəsi Qəhrəmanı, 2 nəfər üzvü “Zəfər” ordeni, 57 nəfər üzvü “Qarabağ” ordeni ilə təltif olunub. 
XTQ-nin döyüş əməliyyatlarında səmərəliliyini nəzərə alaraq İkinci Qarabağ müharibəsindən sonra xüsusi təyinatlı dəstələrin sıraları bir qədər də genişləndirilib. (Sfera.az)

Son xəbərlər

Azərbaycanda taksidən istifadə edənlərin sayı ARTIB

Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini ANDI

Mətanət İsgəndərliyə AĞIR İTKİ

Valiyə Şuşa ilə bağlı hədiyə təqdim olundu - FOTOLAR

Bakı-İrəvan arasında RAZILAŞMA: Hansı üstünlüklər var? - AÇIQLAMA 

Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş OLDU

Belarus Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ

“Ürəyim sıxılır” deyənlərin DİQQƏTİNƏ! - "Sağalmaq üçün..."

Latviya Parlamentinin spikeri Azərbaycana GƏLİR

Baş prokuror Düşənbəyə işgüzar səfərə GETDİ

Nazirlikdən sabahla bağlı SARI XƏBƏRDARLIQ! - Ölkə ərazisində...

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış OLDULAR

Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı TƏKLİF ETDİ

Lukaşenko: "Belarus və Azərbaycan sənaye sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirməyə hazırdır"

Aleksandr Lukaşenko: "Azad edilən ərazilərdə dirçəliş dövrü başlayıb"

Prezident: "Azərbaycanla Belarus arasında kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk"

İki qardaş 25 milyon dollarlıq OĞURLUQ ETDİ

İlham Əliyev: "Azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin iştirakına şad olardıq"

Aleksandr Lukaşenko: "Azərbaycan son illərdə böyük uğurlara nail olub"

Slovakiyanın Baş nazirinə hücum edəni hansı cəza gözləyir?

Bütün xəbərlər