BAKU Azərbaycan
°C

“Ukrayna müharibənin yeni mərhələsi ilə üz- üzədir. Kiyevin ciddi sursat çatışmazlığı var, amma hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblər ki, Ukraynadakı Rusiya qüvvələri son aylarda əhəmiyyətli dərəcədə artmayıb, lakin Rusiya ordusu ümumilikdə döyüş keyfiyyətlərini yaxşılaşdırmaqda davam edir”.

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.

Bununla bağlı Gundem.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, qurumun müharibənin yeni mərhələsi ilə bağlı iddiası böyük ehtimalla, məhz ayrılan hərbi yardımla bağlıdır:

“Ayrılan 61 milyard dollar cəbhədə müəyyən dəyişikliklərlə nəticələnə bilər. Yardım Ukraynaya çatana qədər Rusiya müəyyən ərazi qazancları əldə etməyə çalışa bilər. Bunun üçün qarşıdakı günlərdə Rusiya ordusunun ciddi hücum əməliyyatları həyata keçirməsi üçün mümkündür. Çünki yardım Ukraynaya çatandan sonra rəsmi Kiyevin müqavimət imkanı güclənəcək və Ukraynaya yəqin ki, yeni əks- hücum əməliyyatına başlamağa cəhd edəcək. Bu, təxminən yay aylarına təsadüf edə bilər. İqlim şəraiti də buna iqlim verəcək. Ancaq payız- qışa doğru Ukraynanın silah-sursatı yenidən tükənəcək və vəziyyət növbəti dəfə gərginləşəcək. O zaman ABŞ-də hakimiyyətdə kimin olacağı isə hələ ki, məlum deyil”.

Müsahibimiz bildirib ki, Ukrayna üfüqündə hələ sülh görünmür:

“Çünki tərəflərin konsensus əldə etməsi üçün imkan yoxdur və bunun üçün səy də göstərilmir. Doğrudur, hər iki tərəf yorulub, imkanları tükənir. Müharibə həm Rusiyaya, həm də Ukraynaya ziyan vurur. Amma gələcək ssenari Kiyev üçün daha qeyri-müəyyəndir, nəinki Moskva üçün. Çünki Rusiyanın tərəfdaşlarından, o cümlədən İran, Çin və Şimali Koreyadan asılılığı həyati səviyyədə deyil və bu, daha çox iqtisadi sferadadır. Ukrayna isə ABŞ-dən həm hərbi, həm də siyasi baxımdan asılıdır. Bu baxımdan ABŞ “hansı havanı çalsa” Ukrayna da “onu oynamağa” məcburdur”.

 

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər