BAKU Azərbaycan
°C

Mayın 8-də Bakı Kitab Mərkəzində “Virtual Qərbi Azərbaycan” platformasının təqdimatı olub.

Gundem.az xəbər verir ki, təqdimatdan əvvəl çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov bildirib ki, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən Qərbi Azərbaycanla bağlı dəqiq hədəfləri və məqsədləri müəyyənləşdirdi. Bununla əlaqədar, həmçinin Heydər Əliyev Fondu qarşısında bəzi fəaliyyət istiqamətləri durur. Bunlardan biri arxivlərlə işin aparılmasıdır. Ötən müddət ərzində Heydər Əliyev Fondu həm Gürcüstanda, həm də Rusiyada olan arxivlərdə Qərbi Azərbaycanın tarixi, ictimai-siyasi, sosial həyatı ilə bağlı bir sıra sənədlər aşkarlayıb. Bunlardan ən vacib 8 min sənəd Gürcüstan arxivindən aşkar edilib. Onların ən qısa müddətdə Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.

O cümlədən ötən müddətdə Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi Qərbi Azərbaycan İcması ilə birlikdə Bakıda və regionlarda könüllülərin, gənclərin maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirib. Bildirilib ki, təqdim edilən “Virtual Qərbi Azərbaycan” platforması həm də tarixi həqiqətlərin çatdırılması istiqamətində vacib rol oynayacaq.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun ötən müddətdə müstəsna xidmətləri olub. O, yeni yaradılan platformanın Qərbi Azərbaycana qayıdışa töhfəsini verəcəyini inandığını qeyd edib.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa isə çıxışında bildirib ki, platformanın ən böyük xüsusiyyəti onun BMT-nin işlək dillərində təqdim edilməsi və Qərbi Azərbaycana qayıdışın yol bələdçisi olmasıdır.

Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov vurğulayıb ki, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işini görməklə bərabər, qayıdışa inanmaq da lazımdır.

Çıxışlardan sonra “Virtual Qərbi Azərbaycan” platforması təqdim olunub.

Bildirilib ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə Təşəbbüslər və Layihələr Mərkəzi (TLM) tərəfindən hazırlanan platforma Azərbaycan, ingilis, rus və ispan dillərindədir. Burada yerləşdirilmiş materiallar Qərbi Azərbaycanın tarixi, elm və mədəniyyəti, erməni vandalizminin araşdırılması ilə məşğul olan alimlərin kitabları və dövri mətbuatda, elmi jurnallarda dərc olunmuş yazılar və məqalələr əsasında hazırlanıb.

Platformanın əsas səhifəsində bugünkü Ermənistanın bütün ərazisini əhatə edən tarixi Qərbi Azərbaycan torpaqlarının interaktiv xəritəsi əksini tapıb.

Kontent “Tarix”, “Elm və mədəniyyət”, “Erməni vandalizmi”, “Resurslar”, “Şahid ifadələri” bölmələrində təqdim edilir. Eyni zamanda, burada Qərbi Azərbaycan tarixi ilə bağlı foto və videolar, xəritələr yer alıb.

Platformada, həmçinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin nitqlərində Qərbi Azərbaycan məsələsi ilə bağlı fikirləri təqdim olunur.

Platformanın “Əlaqəli veb-resurslar” bölməsində keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, hüquqi və siyasi aspektləri, Qarabağ münaqişəsi zamanı mədəni irs və təbii sərvətlərimizə qarşı törədilmiş erməni cinayətləri, Xocalı soyqırımı, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri və Azərbaycan tarixinin ən şanlı səhifəsi hesab edilən 44 günlük müharibə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan geniş bərpa-quruculuq işləri ilə bağlı məlumatların yer aldığı resurs bazaları öz əksini tapıb.

 

 

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər