BAKU Azərbaycan
°C

“Erməni teleqram kanallarında İran prezidentinin səfər tarixinin dəyişməsini rəsmi Bakının israrı ilə əlaqələndirənlər, məgər siz Tehranın rəsmi protokol idarəsində işləyirsiniz?”.

Gundem.az bildirir ki, bunu deputat Zahid Oruc İran prezidenti və onunla birgə gedən heyətin helikopter qəzası ilə bağlı danışarkən deyib.

O, fikirlərini bu cür davam etdirib:

“Doğrudan o fakt təsdiqlənərsə, Rəisi əvvəlcə İrəvana getməliydisə, onda görüş qrafikini dəyişdirənlər qəzanın səbəbkarları ilə bir yerdədirlər. Şimal-Cənub layihəsi və Zəngəzur dəhlizinin gerçəkləşməsini yaxınlaşdıran Xudafərin-Qız qalası su qovşaqları Naxçıvana gedən yolun da açılması perpektivini gücləndirir, bəndlər, körpülər regionda yeni təhlükəsizlik arxitekturasına çevrilir. Ona görə də təxribat ssenariləri axtaranlar bilməlidir ki, Avropa müşahidə missiyası nə qədər ki, sərhədlərimizdədir, hələ çox qəzalar olacaq".

Millət vəkili bildirib ki, Rusiya-Amerika, Rusiya-NATO generalları məhz Bakıda görüşüblər:

“İran qəzasını bütün Qafqazda qeyri-sabitlik mənbəyinə çevirməyə çalışanlar, COP-29-un keçirilməsinə təhlükə olduğunu iddia edənlər unutmasın ki, Vətən müharibəsi bütün qeyri-sabitlik faktorlarına-beynəlxalq terrora, separatizmə və sui-qəsdlərə son qoyub. Xalqımız 1991-ci ilin 20 noyabrında helikopter qəzasında say-seçmə oğullarını necə itirdiyini, faciənin ardınca gələn torpaq itkilərini heç vaxt unutmayıb. İlham Əliyev bütün Qafqazın xilaskarı kimi çıxış edir və prezidenti barış istəyən gürcünün, abxazın, çeçenin, milyonlarla Cənubi azərbaycanlının, farsın, hətta sülh istəyən erməninin də ümid yerinə çevirən onun regional təhlükəsizlik platformasıdır. İranla da münasibətlər yaxşılaşdıqca, İrəvanın Tehran üçün əhəmiyyəti aşağı düşəcək. Ölkə rəhbəri və Türkiyə prezidenti “qardaşlarımızın kədərini bölüşürük”, deyərkən hər iki liderin bir qəti inamı var. Duman çəkildikcə görünəcək ki, əgər varsa, qara qutudan bu dövlətlərin əli çıxmayacaq!”. (Sfera.az)

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 84 dolları ÖTDÜ

Məşhur aktyor "Instagram" hesabını sildi - SƏBƏB - FOTO

Ramafoza yenidən CAR-nin prezidenti SEÇİLDİ

Kamaləddin Qafarov: “ Azərbaycan bu gün qüdrətli bir dövlətə çevrilib”

Daha bir müəllim vəfat etdi - FOTO

Dağlıq ərazilərə qar yağdı - FAKTİKİ HAVA

Prezident: "Birləşmiş Krallıq ilə münasibətlər bizim üçün xüsusi əhəmiyyət kəsb edir"

İlham Əliyev Böyük Britaniya kralını TƏBRİK ETDİ

FHN əhaliyə MÜRACİƏT ETDİ

Ronaldinyo Braziliya millisinin oyunlarını izləməkdən İMTİNA ETDİ

DİN: "Ötən gün axtarışda olan 12 nəfər tapıldı"

Narendra Modi Yaponiyaya səfər edəcək

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə PAYLAŞIM ETDİ

Lukaşenko Si Cinpinlə görüşmək niyyətindədir

"Milli Qurtuluş Günündən başlanan Xilaskarlıq missiyası bu gün tarixi Zəfər zirvəsinə yüksəlib" - Ülvi Quliyev

Azərbaycanlı zəvvarlar Həcc ziyarətinin əsas ayinlərinin icrasına BAŞLADILAR

Tanınmış ilahiyyatçı VƏFAT ETDİ - FOTO

"Xaos və anarxiya mühitinin yaranması beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaratmaqdadır" - Prezident

Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ

İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi

Bütün xəbərlər