BAKU Azərbaycan
°C

Dörd il sonra "Qlobal Kibertəhlükəsizlik İndeksi 2024" (Global Cybersecurity Index 2024) açıqlanıb. 

Gundem.az-a açıqlamasında Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, son 4 ildə qlobal kiber reytinqdə Azərbaycanın mövqeyi 15 bal yüksəlib.

Onun sözlərinə görə, “Qlobal kibertəhlükəsizlik İndeksi 2020” indeksində Azərbaycan 89 bal toplayıb, 15 pillə irəliləyərək 194 ölkə arasında 40-cı yerdə qərarlaşıb. Qurumun indiki hesabatı isə 2023-2024-cü illərdə görülmüş işləri əhatə edib. Bu hesabatın hazırlanması üzrə metodika da yenilənib. Əvvəlki illərdə olduğu kimi vahid reytinq cədvəlindən imtina edilib.

O.Gündüz qeyd edib ki, ölkələrin kiber sahədə inkişaf səviyyəsi müxtəlif istiqamətlər (hüquqi tənzimləmə, texniki, əməkdaşlıq, potensialın inkişaf etdirilməsi və təşkilati istiqamətlər) üzrə aparılan təhlillərdən sonra 5 səviyyə üzrə formalaşdırılıb:

“Azərbaycan 100 mümkün xaldan 93,76 bal toplayaraq 2-ci, "təkmil səviyyə"də yer tutub. Hüquqi tənzimləmə, əməkdaşlıq və texniki istiqamətləri üzrə ölkəmiz daha yüksək nəticə əldə edib. Bu hesabatda dünya üzrə orta göstərici 65.7 baldır. 46 ölkə 95-100 arası nəticə əldə edərək ən yüksəkdə (1-ci səviyyədə) yer alıb.  Bu səviyyədə yer almaq üçün ölkəmizin 1 balı çatmayıb. 29 ölkə 85-95 arası nəticə əldə edərək 2-ci səviyyədə qərarlaşıb. Azərbaycan, Qazaxıstan, Özbəkistan və Rusiya bu səviyyədə yer alıb. 49 ölkə 55-85 arası nəticə əldə edərək 3-ci səviyyədə səviyyədə olub. 75 ölkə də daha aşağıda, 4-cü və 5-ci səviyyələrdə yer alıblar . Ermənistan, Tacikistan və Türkmənistan 4-cü səviyyədə qərarlaşıblar”.

AİF prezidentinin fikrincə, "Qlobal Kibertəhlükəsizlik İndeksi 2024" hesabatında Azərbaycanın nəticələri reallığı tam olaraq əks etdirir. O vurğulayıb ki, bu uğurda aşağıdakılar ciddi rol oynayıb:

- Kibertəhlükəısizlik sahəsi üzrə milli strategiya qəbul edilib,

- Kritik sektorla bağlı yeni səlahiyyətlər əldə edən DTX və XRİTDX tərəfindən uğurlu addımlar atılıb, 

- DTX kiber sahədə yeni strukturlar formalaşdırıb və cəmiyyətə təqdim edib,
- RİNN İsrailin Technion Universiteti ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi formalaşdırıb və sektorda kadr hazırlığı sahəsində uğurlu addımlar atıb,
- ETX-nin fəaliyyəti də nəzərə çarpacaq dərəcədə artıb,
- XRİTDX -nin bu sektorda beynəlxalq (Türkiyə, İsrail ) əməkdaşlığı güclənib,
- DİN –də Kibertəhlükəsziliklə mübarizə Baş İdarəsi yaradılıb ,
- Universitetlərdə, xüsusilə AzTU -da iki kiber struktur formalaşdırılıb, yeni kurikulumlar təsdiqlənib, Türkiyə ilə bu istiqamətdə əlaqələr güclənib və s.

Sonda xatırladıb ki, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi, kibercinayətkarlıqla bağlı sahədə aşağıdakı qurumlar fəaliyyət göstərir :

- DTX, 
- RİNN-in Elektron Təhlükəsizlik Xidməti,
- Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti,
- İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası,
- DİN, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi.  (Sfera.az)

Son xəbərlər

Xəzər dənizində zəlzələ oldu

İlham Əliyev İspaniya Kralını təbrik edib

Xərçəngdən qoruyur, immuniteti gücləndirir

2 nəfəri maşın vurub öldürdü

Xalq artisti ekstravaqant görünüşü ilə gündəm oldu

Azərbaycan nefti bahalaşıb

Arvadı ilə dalaşdı - özünü də bıçaqladı

Roma Papası Zelenskini qəbul etdi - FOTO

"Ərəbistanın 7 şəhəri məni PULLA ALIB" - VİDEO

961-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Reynmen bu gün evlənir - QIZ KİMDİR?

Kobaxidzeni aradan götürməyə hazırlaşırlar

İcra başçısının keçmiş müavininə cinayət işi başlandı - FOTO

Kadırovun cani elan etdiyi çeçen məmur güllələndi

Ən xəsis 4 bürc - Pulu özündən də gizlədirlər

Bu qadınlarda ciddi psixoloji pozuntu var - ƏLAMƏTLƏRİ

Pavel Durovla bağlı oyun istifadəyə verildi - FOTO

Türkiyə limanları 30 milyon tondan çox yük qəbul edib

Xudatda ağır qəza: 2 ölü, 1 yaralı

Azərbaycanda yük maşını təhlükə saçdı - VİDEO

Bütün xəbərlər