“iPhone 17” haqqında ilk şayiələr - Necə olacaq?
"iPhone 16"nın bu yaxınlarda təqdim olunmasına baxmayaraq, "iPhone 17" haqqında artıq şayilələr yayılmağa başlayıb.
Gundem.az lent.az-a istinadən bildirir ki, "Apple"ın "iPhone 17 Plus" modelindən imtina edəcəyi və bunun əvəzinə "super nazik" "iPhone Air" (Slim) təqdim edəcəyi ilə bağlı iddialar var.
Məlumata görə, "Apple"ın "bütün texnologiya sənayesində ən nazik və ən yüngül məhsullar olmalı olan yeni cihazlar sinfi" yaratmaq planının bir hissəsidir.
"iPhone 17 Air" 6,6 düymlük ekrana, "iPhone SE"yə bənzər tək arxa kameraya və tam alüminium korpusa malikdir. Belə bir model standart "iPhone"dan daha maraqlı bir şey axtaran, lakin "Pro" modellərinin performansına, ekran ölçüsünə və ya kameralarına ehtiyacı olmayanlara yönəldiləcək.
Yeni incə modeldən başqa, "iPhone 17" görünüş baxımından çox da dəyişməyəcək kimi görünür. Baza model "Pro" versiyalarında olduğu kimi ölçüdə artım almayacaq və 6,1 düym diaqonalda qalacaq. Lakin indiki "iPhone"lardan hələ də iki mühüm fərq olacaq: ilk dəfə olaraq "ProMotion" ekranları 120 Hz-ə qədər yeniləmə sürətlərini dəstəkləyir və ekranın özü "ultra sərt AR örtüyü ilə təchiz olunacaq" və bu, onu daha da gücləndirəcək. Yəni cızılmaya davamlı olacaq.
Həmçinin "iPhone 17"nin 2nm prosessor əsasında işləyən ilk smartfonlardan biri ola biləcəyinə dair məlumatlar var ki, bu da daha yaxşı performans və səmərəlilik üçün daha yüksək tranzistor sıxlığı deməkdir. Bu baxımdan "Apple"ın ilk dəfə olaraq "iPhone" üçün öz batareyalarını hazırlayacağı deyilir.
Bildirilir ki, "iPhone 17 Pro Max" 12 GB RAM alacaq və bu, seriyada bu həcmdə yaddaşa malik yeganə model olacaq. Həmçinin, "17 Pro Max", hər üç kameranın 48 meqapiksel təsvir ölçüsünə malik olduğu ilk "iPhone" olacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay