BAKU Azərbaycan
°C

"Tesla" və "SpaceX"in rəhbəri İlon Mask süni intellektin gələcəkdə insanlara tabe olmaması ehtimalını qiymətləndirib.

Gundem.az oxu.az-a istinadən bildirir ki, Ər-Riyadda (Səudiyyə Ərəbistanı) "Future Investment Initiative" konfransında çıxışı zamanı Mask onilliyin sonuna qədər süni intellektin inkişafını proqnozlaşdırıb. Onun fikrincə, süni intellektin və robotların artıq insanlara tabe olmama və ya nəyinsə səhv getməsi ehtimalı 10-20% təşkil edir.

Maskın fikrincə, çox güman ki, hər şey yaxşı olacaq. Milyarder hələ də süni intellektin idarə oluna biləcəyinə əmindir, baxmayaraq ki, o, hər il əvvəlki versiyasından 10 dəfə yaxşı olacaq.

Sahibkar qeyd edib ki, onilliyin sonuna qədər süni intellektin bacarığı planetdəki 8 milyard insanın bacarığına bərabər olacaq.

"Düşünürəm ki, o, hər hansı bir insanın edə biləcəyi hər şeyi, yəqin ki, növbəti bir-iki il ərzində edə biləcək", - Mask bildirib.

Maska görə, cəmi üç ildən sonra süni intellektin ağıl və bacarığı, planetdə yaşayan bütün insanların ağıl və bacarığının cəmindən daha üstün olacaq.

Mask, həmçinin dünyanın hər bölgəsində bir neçə süni intellektin yaradılacağını proqnozlaşdırıb. Bundan əlavə, gələcəkdə robotların sayı planetdəki insanların sayından xeyli çox olacaq.

Son xəbərlər

Bakıda falçı dələduzluğa görə tutuldu

Bakıda tikilən yeni metro belə olacaq - GÖRÜNTÜLƏR

Kimyəvi reaksiya düz getmədi - Müəllim və 4 şagird yaralandı

Ermənilər Şövkət Ələkbərovanın 4 mahnısını mənimsəmək istədilər

Sürücülərin diqqətinə: Bu küçələrdə 22:00-dan sonra ...

Avtobus zolağı: bu yollarda qadağa yumşaldıldı

300 min manat rüşvət alan vəzifəli şəxs həbs edildi

Mahsun Kırmızıgülə ağır itki - FOTO

İran Suriyada hərbi gücünü artıracaq

Əhaliyə XƏBƏRDARLIQ: dekabrın 6-sından 9-u axşamadək...

Qətərdə görüşəcəklər

Somər Sivrioğlu həbs edildi

"Qalatasaray"dan Messi ilə bağlı inanılmaz həmlə -Əsrin transferi ola bilər

ABB səhmdarları ilk dəfə elektron qaydada -SƏS VERƏCƏKLƏR

Tanınmış hakim işdən çıxdı

Bu tarixədək leysan yağacaq - Xəbərdarlıq

Bakıdakı separatçılar ailələri ilə əlaqə saxladı

Bakıda yanğın oldu

Bu ərazilərdə əhaliyə maşınlarla su veriləcək

Fuad Oqtay Azərbaycana gəldi

Bütün xəbərlər