BAKU Azərbaycan
°C

Cənubi Koreyanın məşhur "Samsung" markasının smartfonlarında yeni bir təhlükəsizlik açığı aşkar edilib.

Gundem.az-ın məlumatına görə, bu boşluq hakerlərə səsli mesajlar vasitəsilə istifadəçilərə hücum etməyə imkan yaradır.

"The Hacker News" nəşrində yer alan məlumata görə, problemi "Google Project Zero" layihəsinin mütəxəssisi Natali Silvanoviç tapıb. Onun sözlərinə görə, zəiflik "Samsung" cihazlarında istifadə olunan "Monkey's Audio" dekoderi ilə əlaqəlidir. Bu təhlükəsizlik boşluğu hakerlərə telefonun şifrəsini əldə etməyə və cihazı uzaqdan idarə etməyə şərait yaradır.

Silvanoviç, hücumun necə həyata keçirildiyini izah edərək bildirib ki, haker "Google Messages" mesajlaşma tətbiqi vasitəsilə xüsusi hazırlanmış bir səsli mesaj göndərərək istifadəçinin telefonunu heç bir əməliyyat tələb etmədən ələ keçirə bilər.

Mütəxəssis bu təhlükəsizlik boşluğunun "Android" əməliyyat sisteminin 12, 13 və 14 versiyalarını istifadə edən çoxsaylı "Samsung" telefonlarını təsir etdiyini vurğulayıb. Natali Silvanoviç bu məsələni "Samsung" şirkətinə bildirdikdən sonra mühəndislər tərəfindən təhlükəsizlik təkmilləşdirilməsi həyata keçirilib və yeni bir sistem yeniləməsi ilə problem həll edilib.

Son xəbərlər

Avtobuslara onlayn bilet satışı 2 dəfəyə yaxın artıb

Görün Ukrayna ABŞ-dan nə istəyir: Zalujnı xahiş etdi

Qadın iynədən şoka düşüb öldü

Azərbaycanlı müğənninin aksessuar qiymətləri "dodaq uçuqlatdı" - tək saatı 20 min manat... - FOTO

Azərbaycanda əhalinin sayı ARTDI

Faciəvi şəkildə ölən 3 azyaşlının GÖRÜNTÜLƏRİ KÖVRƏLTDİ

Azərbaycana "cəhənnəm istisi" gəlir - BU TARİXDƏN

Daha 2 abidəmiz UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Ölkəmizdə nikah sayı artdı, boşanma azaldı

Pensiyalar ödənildi

Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı

Tanınmış vəkil vəfat etdi - FOTO

Türkiyəli general-mayor Azərbaycanda səfərdədir

Baş nazir vacib qərar imzaladı

Fransada bu qədər insan yoxsulluq içində yaşayır - say açıqlandı

39 yaşlı Ceko bu klubda oynayacaq

Ötən ilin dövlət büdcəsinin icrası təsdiqləndi

Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin gəlir və xərcləri

Həmin qəbul imtahanının nəticələri AÇIQLANDI

Bütün xəbərlər