BAKU Azərbaycan
°C

Apple, iOS 18.3.1 versiyasını yayımlayaraq ciddi bir təhlükəsizlik boşluğunu aradan qaldırıb. Şirkət bu yeniləmənin real hücumlarda aktiv şəkildə istifadə edilən bir təhlükəsizlik zəifliyini aradan qaldırmaq üçün kritik əhəmiyyət daşıdığını bildirib. Buna görə də, istifadəçilərə cihazlarını ən qısa zamanda yeniləmək tövsiyə olunur.

Gundem.az xəbər verir ki, Forbes-in hesabatına görə, Apple-ın son yeniləməsi xüsusilə "Erişilebilirlik" funksiyasını hədəf alan bir qüsuru aradan qaldırır. Bu zəiflikdən istifadə edən kiberhücumçular, kilidi açıq olan bir iPhone-da USB Məhdudlaşdırma Rejimini uzaqdan deaktiv edə bilirlər.

Bu təhlükəsizlik problemi Toronto Universitetinin Munk Məktəbində fəaliyyət göstərən The Citizen Lab-ın mütəxəssisi Bill Marczak tərəfindən aşkar edilib. Alimlər bu açığın böyük təhlükə yaratdığını və istifadəçi məlumatlarının təhlükəsizliyini ciddi risk altına atdığını bildiriblər.

Apple-ın təhlükəsizlik hesabatına görə, bu cür kiberhücumlar əsasən jurnalistlər, müxaliflər, iş adamları və siyasətçilər kimi hədəf seçilmiş şəxslərə yönəlib.

Hərçənd ki, bu boşluqdan faydalanmaq üçün fiziki giriş tələb olunur, Apple bütün istifadəçilərin bu təhlükəni ciddi qəbul etməli olduğunu vurğulayıb.

Bundan əlavə, iOS 18.3.1 yeniləməsi bəzi istifadəçilər üçün gözlənilməz bir Apple Intelligence xətası ilə gəlib. Yeniləmədən sonra bəzi cihazlarda Apple Intelligence avtomatik aktivləşib, bu da əvvəlcədən bu funksiyanı deaktiv etmiş istifadəçilərdə narahatlıq yaradıb.

Apple məxfilik məsələsinə önəm verdiyini vurğulasa da, istifadəçilərə yeniləmədən sonra ayarlarını yoxlamaları tövsiyə olunur:

-Ayarlar menyusuna daxil olun

-Apple Intelligence və Siri bölməsinə keçin

-Apple Intelligence funksiyasını deaktiv edin

Apple, bu təhlükəsizlik boşluğunun artıq siberhücumçular tərəfindən aktiv istifadə edildiyini təsdiqləyib.

Telefonunuzu qorumaq üçün aşağıdakı addımları izləyərək iOS 18.3.1 yeniləməsini quraşdıra bilərsiniz:

-Ayarlar menyusuna keçin

-Ümumi seçimini açın

-Yazılım yeniləmə bölməsinə daxil olun

-iOS 18.3.1-i yükləyin və quraşdırın

Son xəbərlər

Məşhur saç boyasının tərkibində sonsuzluğa səbəb olan maddə tapıldı

Tanınmış aktrisa saxlanıldı - FOTO

Əgər xalq mənim qərarıma qarşı çıxarsa... - Paşinyan

İsrail Qəzza sakinlərinə çağırış etdi

Danimarkada qadınlar məcburi hərbi xidmət edəcək

"İnci taneleri" final edir

Biləsuvar Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarıldı

Dünyanın ən hündür stadionunda oynadılar, nəfəsləri çatmadı - VİDEO

Yasamalda yük maşını yandı - VİDEO

Razılığa gəlmişik, yalnız imzalamaq qalır - Rubinyan

“Evi təmizləmək üçün bir gün vaxt istədi”

Pezeşkian Urmiya gölünə getdi

Azərbaycanda zəlzələ oldu - Yenilənib

İmamoğlunun yerinə o seçildi

Anasının imtina etdiyi körpə Bakıya gətirildi, xəstəxanaya yerləşdirildi

Sevgilisinin ETİRAFI Leonardo Di Kaprionu TƏƏCCÜBLƏNDİRDİ

İmamoğlunu kim əvəz edəcək? - Səsvermə başladı

Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

Türkmənistan Prezidenti İlham Əliyevi təbrik etdi

Liviya Dövləti Prezident Şurasının Sədri Prezident İlham Əliyevi təbrik edib

Bütün xəbərlər