
Onlar dünyanı fəth edəcək: Mask robotlarına görün nə öyrədir
İlon Maskın Amerika korporasiyası "Tesla", insanların videolarından istifadə edərək "Optimus" robotlarını öyrədəcək.
Gundem.az xəbər verir ki, bu barədə "Optimus Engineering" şöbəsinin mühəndisi Milan Kovaç "X"-də məlumat verib.
Mütəxəssisin sözlərinə görə, mühəndislərin məqsədlərindən biri də "Tesla"nın insanabənzər robotlarını real insanların videolarına baxaraq və onlardan sonra müxtəlif hərəkətləri təkrarlayaraq öyrənmələrini təmin etməkdir. Bunun üçün müşahidə kameraları tərəfindən təsadüfən və ya bilərəkdən çəkilmiş videolar "Optimus"un yaddaşına yüklənir.
Kovaç bildirib ki, "Tesla" komandası əhəmiyyətli uğurlar əldə edib. Beləliklə, robotlara nəinki insanlardan sonra hərəkətləri təkrarlamaq, həm də xüsusi əmrlərdən istifadə etmədən təbii şəkildə tərtib edilmiş göstərişlərə cavab vermək öyrədilib. Milan Kovac həmçinin robotların rəqs etdiyi, yemək bişirmə simulyasiyası, zibilləri təmizləməsi və digər hərəkətləri əks etdirən video da paylaşıb. /Publika.az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay