BAKU Azərbaycan
°C

"WhatsApp"da uzun müddətdir gözlənilən reklamlar artıq tətbiq olunmağa başlayır.

Gundem.az-ın məlumatına görə, "Meta" şirkəti bu yeniliyin yalnız "Yeniləmələr" bölməsində görüləcəyini açıqlayıb. Şəxsi mesajlaşma, zənglər və çatlar reklamdan tamamilə kənarda qalacaq.

Reklamlar əsasən kanallarla əlaqəli olacaq sevdiyiniz kanalları önə çıxarmaq və onlara abunə olmağı təşviq edən məzmunlar görünəcək. Eyni zamanda Status bölməsində də sponsorlu paylaşımlar yer ala bilər.

"WhatsApp" bildirir ki, bu dəyişiklik platformada olan 1,5 milyarddan çox aktiv istifadəçiyə təsir edə bilər. Amma yalnız "Yeniləmələr" bölməsini aktiv istifadə edənlər bu reklamları görəcək. Sadəcə mesajlaşanlar üçün heç nə dəyişməyəcək.

Ən çox narahatlıq doğuran məsələ isə məxfiliyin qorunmasıdır. "WhatsApp" açıq şəkildə bildirir ki, şəxsi məlumatlar, mesajlar, zənglər, məkan paylaşmaları və kontaktlar reklam hədəflənməsi üçün istifadə olunmayacaq.

Reklamlar yalnız ümumi profil məlumatları, istifadə olunan cihaz haqda texniki detallar, ümumi yer (şəhər və ölkə səviyyəsində) və "Yeniləmələr" bölməsindəki aktivliyə əsasən formalaşacaq.

"Meta" qeyd edir ki, bu məlumatlar anonimləşdirilir və istifadəçi razılığı olmadan şəxsi informasiya paylaşılmır. /Milli.Az

Son xəbərlər

Ərdoğandan PKK ilə bağlı ilk- Açıqlama

Rusiyada ƏMƏLİYYAT: İki azərbaycanlının malları əllərindən alındı

Xarici səyyahlar Cəbrayılda - FOTO

Ən həssas BÜRCLƏR: Söz deməmiş gözlərinin yaşı "süzülür"

Azərbaycanda hiss olunan zəlzələ oldu

1234-cü gün: Rusiyanın itkiləri yeniləndi

Əhaliyə xəbərdarlıq: Növbəti 3 gündə...

Ölkədə doğulan körpələrin sayı açıqlandı

“Sabah”ın qapıçısından qalmaqallı açıqlama - “Klubda mənə ayrıseçkilik olundu”

Avtobuslara onlayn bilet satışı 2 dəfəyə yaxın artıb

Görün Ukrayna ABŞ-dan nə istəyir: Zalujnı xahiş etdi

Qadın iynədən şoka düşüb öldü

Azərbaycanlı müğənninin aksessuar qiymətləri "dodaq uçuqlatdı" - tək saatı 20 min manat... - FOTO

Azərbaycanda əhalinin sayı ARTDI

Faciəvi şəkildə ölən 3 azyaşlının GÖRÜNTÜLƏRİ KÖVRƏLTDİ

Azərbaycana "cəhənnəm istisi" gəlir - BU TARİXDƏN

Daha 2 abidəmiz UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Ölkəmizdə nikah sayı artdı, boşanma azaldı

Pensiyalar ödənildi

Bütün xəbərlər