BAKU Azərbaycan
°C

Aprelin 22-də Bakıda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimi keçiriləcək.

Gundem.az xəbər verir ki, yeni yaradılacaq Assosiasiyanın Azərbaycanda kibertəhlükəsizlik sahəsində görülən işlərin təkmilləşdirilməsini və qarşılıqlı koordinasiyasını təşkil etməsi nəzərdə tutulur.

Assosiasiya 22 fevral 2022-ci il tarixində informasiya kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik istiqamətində fəaliyyət göstərən mütəxəssislərin və təşkilatların vahid platforması olaraq təsis edilib.

Təsis yığıncağında Assosiasiyanın sədri vəzifəsində Rahid Ələkbərlinin və Baş Katib vəzifəsinə Bulu İsmayılovanın namizədliyi təsdiqlənib. 

Assosiasiya kibertəhlükəsizlik sahəsində innovativ layihələrin, texniki resurs və proqram təminatlarının hazırlanması, Azərbaycanın beynəlxalq reytinq və hesabatlarda mövqeyinin gücləndirilməsi, kibertəhlükəsizlik sahəsində mövcud təhdid və risklərin müəyyən olunması, qiymətləndirilməsi, gələcək təhdidlərin proqnozlaşdırılması sahəsində mütəmadi təhlillərin aparılması vəzifələrini icra edəcək.

Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimi aprelin 22-i “JW Marriot” otelində baş tutacaq.

Son xəbərlər

Bakıda 41 yaşlı prokuror yol qəzasında VƏFAT ETDİ

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü BAŞLADI

"Heydər Əliyev Fondunun əsas qayəsi Ulu Öndərin irsini yaşatmaqdır" - Millət vəkili

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü BAŞA ÇATDI - FOTO - YENİLƏNDİ

Bakı sakininə xəsarət yetirərək telefonunu əlindən ALDILAR

Azərbaycan QHT-ləri UNESCO-nun Baş direktoruna açıq məktub ÜNVANLADI

"Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərməliyik" - MM-də TƏKLİF

Güclü külək Sumqayıtda işıq dirəklərini AŞIRDI -FOTO

"Ulu Öndər xalqımızı qloballaşma əsrinə gətirib çatdırıb" - Sahibə Qafarova

Mayın 12-də Azərbaycan dili imtahanı KEÇİRİLƏCƏK

Mayda bu bürcləri böyük məbləğlər gözləyir

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü BAŞLADI

Milli Məclisin iclası BAŞLADI - 18 məsələ MÜZAKİRƏ EDİLİR

Robert Simoniç: "Azərbaycan və Slovakiya qarşılıqlı ticarət dövriyyəsini artırmağa davam edəcəklər"

Bakıda 4-cü DİM Dialoqu keçirilir

Mikayıl Cabbarov: "Azərbaycan Orta Dəhlizin Şərqlə Qərbi birləşdirən etibarlı ticarət yolunun yaranmasında mühüm rol oynayıb"

Çinarə türk futbolçu sevgilisindən AYRILDI - VİDEO

Azərbaycan elminə AĞIR İTKİ - FOTO

Azərbaycan və Slovakiya arasında sənədlər İMZALANDI

Nazir: "Azərbaycanla Slovakiya arasında əlaqələr sürətlə inkişaf edir"

Bütün xəbərlər