BAKU Azərbaycan
°C

Tanınmış texnobloqer Fərid Pərdəşünas Azərbaycanda azyaşlı uşaqların valideynlərinin bank kartlarını əlavə etməklə TikTok yayımçılarına hədiyyələr göndərməsi probleminə toxunub.

Gundem.az xəbər verir ki, bloqerin sözlərinə görə, kontent yarada bilməyən adamlar canlı yayımda əllərindən gələni edirlər ki, onlara hədiyyə göndərilsin.

"TikTok-un canlı yayımından pul qazanma xüsusiyyəti yerli TikTok kontent yaradıcılarını dəhşət bir varlığa çevirib. Deməli, məntiq bundan ibarətdir ki, sən, canlı yayım açırsan və izləyicilərin sənə virtual hədiyyələr göndərməklə dəstək olur. İzləyicilər bu hədiyyələri real pul ilə alırlar və yayım sahibi də sonradan bu hədiyyələri pula çevirib, bank kartına köçürə bilir. İndi isə vəziyyət elə hala gəlib ki, qızlı-oğlanlı hərə alıb əlinə bir smartfonu, nəyisə, harasınsa göstərməklə hədiyyələr yığmağa çalışır. Yayımlara baxırsan "digital dilənçilik" baş alıb gedir. Sandıq göndər, əjdaha başı qoy, çay ver, eynək göndər, xəzinə göndər, ayı balası at. Onlarla belə hədiyyə sözün əsl mənasında insanları canlı yayımda meymuna çevirir.

Kontent yarada bilməyən adamlar canlı yayımda əllərindən gələni edirlər ki, onlara hədiyyə göndərilsin. Bəli, Çin-dən çıxan bu nəhəng platforma bizləri meymun edir yavaş-yavaş. Hər şey "Black Mirror" serialındakı kimi olacaq”.

F.Pərdəşünas bildirib ki, yavaş-yavaş insanların sosial reytinq sistemi də həyatımıza girəcək:

"Bugün Azərbaycanda çox az yaşlı uşaqlar valideynlərinin bank kartlarını əlavə etməklə TikTok yayımçılarını yemləyir, onlara hədiyyələr göndərir. Bununla bağlı mənə 10-larla müraciət daxil olub. Bank tarixçəsinə baxırsan ki, uşaq 1 ay ərzində 500-600 AZN yayıma pul xərcləyib”.Sfera.az

Son xəbərlər

Manafdan həmin ifadə ilə bağlı açıqlama -VİDEO

Qanunsuz çıxarılan 60 nəfər əvvəlki işlərinə qaytarıldı

Azərbaycanda 1 milyondan çox insana 200 manat VERİLƏCƏK? -MÜHÜM AÇIQLAMA

Xəstəxanaya getmişdi, qəfil öldü

İmran Xana hökm oxundu

Anar Cəfərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Niyam Salami dələduzluqda ittiham olunur

Bakıda 37 milyona park salınır

Nazir müavininin qızı da cəza alıbmış - FOTO

Azərbaycanda ərzaq məhsulları ucuzlaşa bilər

Teymur Əsgərzadə yüksək vəzifəyə TƏYİN OLUNDU

Azərbaycanda qızıl UCUZLAŞDI - Yeni QİYMƏT görün neçə oldu

Beşiktaşın bələdiyyə sədri həbs edildi

Helikopter qəzalı eniş etdi: 11 nəfər...

Bu rayonlara qar yağdı

Ölkədə bu valyuta ucuzlaşdı

Bakıda doğulan uşaq hər kəsi heyrətə saldı

Narin cinayətindən sonra 50 uşaq dövlət himayəsinə alındı

Sabah bu rayonun bir hissəsi QAZSIZ QALACAQ

USAİD-in yardımları xoşniyyətli deyil - Bayramov

Bütün xəbərlər