BAKU Azərbaycan
°C

“İranın Azərbaycana qarşı həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri də informasiya cəbhəsidir: Facebook, Telegram, İnstagram, Youtube sosial şəbəkələri bu siyasətin əsas platforması olaraq istifadə edilir”.

 Bunu siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, bu siyasət əsasən iki istiqamətdə aparılır:

“Birincisi, din, şiə məzhəbi və Əhli-Beyt sevgisini manipulyasiya etməklə Azərbaycanın inanclı kəsimi üzərində təsirə nail olmaq;

İkincisi, Azərbaycan dövləti və hakimiyyətinin anti-İslam imicini formalaşdırmaq, Türkiyə və İsrailin Azərbaycanı “işğal edən”, “ələ keçirən” güclər kimi göstərmək və İranı “xilaskar” kimi təqdim etmək.

İran Azərbaycan ictimai rəyində daha təsirli olmaq üçün bu işi “azərbaycanlılar” vasitəsilə həyata keçirir. Bu siyahıda “Huseyniyyun” qruplaşmasının üzvləri – Tohid İbrahimbəyli, Orxan Məmmədov, Musa Əsədzadə, Rövşən Əsədov, Əkrəm Hacızadə və digərləri var.

Ekspert şəbəkənin Azərbaycan auditoriyasına hesablanan informasiya resurslarının adlarını da qçıqlayıb:

“Youtube platformasında kanalları:

  1. “Müsəlman xalq” – “Azərbaycan araşdırma mərkəzi”;
  2. “Az-Rad Tv”;
  3. “Kərimə dövləti”;
  4. “Həqiqətləri bil”;
  5. “Əmmar Media”;
  6. “Əli Aşiqləri_313”;
  7. “Virtual müqavimət”;
  8. “HuseyniyyunTv”;
  9. “HİCAB.AZ313”;
  10. “Yağlı Xəbər Plus”.

“Facebook” platforması:

  1. “Huseyniyyun” qruplaşması üzvlərinin şəxsi hesabları;
  2. “İslam-Eşq Dini” səhifəsi
  3. “Həqiqətləri bil” səhifəsi;
  4. “Azeri İslam Group”;
  5. “Kərimə dövləti” səhifəsi.

Eyni zamanda müxtəlif dini adlar altında yaradılan onlarla səhifələr, qruplar, minlərlə feyk profillər üzərindən təbliğat qurulub. Şəbəkə İnstagram və Telegramdan da aktiv iştirak edir. Youtube və “Facebook”da yaradılan səhifələrin, kanalların İnstagram və Telegram kanalları da mövcuddur”.

Sfera.az

Son xəbərlər

Bir-birinizə uyğun olub-olmadığınızı yoxlamağın 3 ƏSAS YOLU

İlham Əliyevin məktubu İsveç Baş Nazirinin Ofisinə təqdim edildi

Təzyiq dərmanını səhər, yoxsa axşam içməli?

"Barselona"nın düşərgəsində gərginlik: Xavi məşqi ləğv etdi

Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu - VİDEO

Bakıda ev qiymətinə sini satılır - FOTO

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq?

Meksikada da zəlzələ oldu

İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı

Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO

Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO

Rusiyada daşqınlar: suyun səviyyəsi 10 metrə çatdı

“iPhone 16 Pro”nun yaddaşı 2 dəfə artırılacaq

Qəzzada ölən uşaqların sayı açıqlandı

Boksçumuz Avropa çempionatına qələbə ilə başladı

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Abşeronda oğlan özünü yandırdı

May ayında pul içində üzəcək 3 bürc

Bütün xəbərlər