26.04.2023 / 14:07
217
“Chrome”da boşluq aşkarlanıb
“Google Chrome” veb-brauzerində boşluq (CVE-2023-2136) aşkarlanıb.
Gundem.az Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadən xəbər verir ki, bu boşluğa “C++” dilində yazılmış “Google”a məxsus açıq mənbəli, çox platformalı 2D qrafika kitabxanası olan “Skia”da mövcud olan boşluğun müvəffəqiyyətlə istismarı kiberdələduza ixtiyari kodu icra etməyə imkan verir.
Bu boşluqdan istifadə edərək kiberdələduzların sistemlərə və şəbəkələrə icazəsiz giriş əldə etməsi, fərdi məlumatları ələ keçirməsi və manipulyasiya etməsi mümkündür.
“Google Chrome” veb-brauzerinin “macOS” üçün ”112.0.5615.137”, “Windows” üçün “ 112.05615.137/138” isə versiyasına yenilənməsi tövsiyə olunur.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay