BAKU Azərbaycan
°C

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC və kibertəhlükəsizlik sahəsində aparıcı şirkətlərdən biri olan “Cyberpoint” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.

Gundem.az xəbər verir ki, memorandumu “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov və “Cyberpoint” MMC-nin direktoru Fuad Niftəliyev imzalayıb.

Şirkət rəhbərləri memorandum əsasında kibertəhlükəsizlik sahəsində işgüzar münasibətlərin qurulmasını, birgə layihələrin həyata keçirilməsini, səmərəli məlumat mübadiləsinin təşkil olunmasını razılaşdırıblar.

Tərəflər elmi-texniki biliklərin və kibertəhlükəsizlik üzrə mütəxəssislərin hazırlanması məqsədilə birgə fəaliyyət göstərməyi planlaşdırır.

“AzInTelecom” MMC və “Cyberpoint” MMC Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi üçün müştərilərə birgə xidmət göstərərək fəaliyyət göstərməyi hədəfləyir.

Qeyd edək ki, ölkənin aparıcı kibertəhlükəsizlik şirkəti olan “Cyberpoint” MMC müxtəlif dövlət qurumlarına və eləcə də özəl şirkətlərə xidmət göstərir.

Kibertəhlükəsizlik üzrə ən böyük əməliyyat mərkəzinə malik olan Cyberpoint şirkəti Təhlükəsizlik Əməliyyat Mərkəzi xidməti, Nüfuzetmə Sınaqları xidməti, Rəqəmsal Audit və İstintaq xidməti, Kibertəhlükəsizlik Həllərinin Tətbiqi və Dizaynı xidməti, Kiber Konsalting və Kiber Maarifləndirmə xidmətlərini təqdim edir.

 

Son xəbərlər

Azərbaycanda taksidən istifadə edənlərin sayı ARTIB

Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini ANDI

Mətanət İsgəndərliyə AĞIR İTKİ

Valiyə Şuşa ilə bağlı hədiyə təqdim olundu - FOTOLAR

Bakı-İrəvan arasında RAZILAŞMA: Hansı üstünlüklər var? - AÇIQLAMA 

Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş OLDU

Belarus Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ

“Ürəyim sıxılır” deyənlərin DİQQƏTİNƏ! - "Sağalmaq üçün..."

Latviya Parlamentinin spikeri Azərbaycana GƏLİR

Baş prokuror Düşənbəyə işgüzar səfərə GETDİ

Nazirlikdən sabahla bağlı SARI XƏBƏRDARLIQ! - Ölkə ərazisində...

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış OLDULAR

Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı TƏKLİF ETDİ

Lukaşenko: "Belarus və Azərbaycan sənaye sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirməyə hazırdır"

Aleksandr Lukaşenko: "Azad edilən ərazilərdə dirçəliş dövrü başlayıb"

Prezident: "Azərbaycanla Belarus arasında kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk"

İki qardaş 25 milyon dollarlıq OĞURLUQ ETDİ

İlham Əliyev: "Azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin iştirakına şad olardıq"

Aleksandr Lukaşenko: "Azərbaycan son illərdə böyük uğurlara nail olub"

Slovakiyanın Baş nazirinə hücum edəni hansı cəza gözləyir?

Bütün xəbərlər