BAKU Azərbaycan
°C

Xəbər verdiyimiz kimi, mayın 23-də Prezident İlham Əliyev tərəfindən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər təsdiqlənib.  

Qanuna edilən dəyişikliklərə əsasən, kritik informasiya infrastrukturu subyektlərinə xidmət göstərən kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi və onun səlahiyyətli nümayəndəsi, eləcə də provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətlə məşğul olan şəxslər Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar.

Kibertəhlükəsizliklə bağlı 2021-ci ilin 17 aprelində Prezident tərəfindən imzalanan fərmanı da xatırlatmaq vacibdir.

Həmin fərmana əsasən, kritik informasiya infrastrukturunun və onun tərkibinə daxil olan informasiya sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə imzalanan fərmana əsasən, kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya üzrə Dövlət Xidməti həyata keçirməyə başladı.

Bəs, DTX-nin kibertəhlükəsizliyin qorunması istiqamətində rolunun artması hansı səbəblərdən əhəmiyyətlidir?

Milli Məclisin deputatı Vüqar İskəndərov "Demokrat.az"a mövzu ilə bağlı açıqlama verib. 

 

Deputat informasiya texnologiyaları sahəsində kibertəhlükəsizliyin önəmindən danışıb:

“İnformasiya texnologiyaları sahəsində dünyada yeniliklər o qədər sürətlə dəyişir ki, bütün dövlətlər, şəxslər özlərini kibertəhlükəsizliklə bağlı təhdidlər içərisində hiss edə bilir.

Ümumiyyətlə, qloballaşan dünyada cəmiyyətlərin inkişafı, tərəqqisi üçün çox vacib sistemlərdən biri məlumatlılıq, informasiya təhlükəsizliyi və onun qorunması artıq prioritet məsələyə çevirilib.

O cümlədən, bu məsələlərdə hər dövlət öz üzərinə vacib məsuliyyət götürür. Və həm cəmiyyətin, dövlətin həm də insanların təhlükəsizliyi ilə bağlı kibertəhdidlərə qarşı müasir üsullarla mübarizə aparmağa çalışır. 

Ölkəmizdə bu sahədə çox mühüm addımlar atılıb və bununla bağlı 2021-ci il aprelin 17-də Cənab Prezidentin müvafiq fərmanı ilə bu sahə Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya üzrə Dövlət Xidmətinə həvalə olunub.

Qurum bu vacib sahəni çox uğurla idarə etməkdədir. Əsasən kritik informasiya resursunun onun tərkibinə daxil olan informasiya sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi hazırda çox mühüm məsələdir”. 

Deputatın fikrincə, Dövlət Təhlükəsizliyi Xidməti bu funksiyanı uğurla həyata keçirməkdədir: 

“Təbii ki, DTX ilə yanaşı bu sahə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya üzrə Dövlət Xidmətinin də birgə, qarşılıqlı fəaliyyət formasında həyata keçirilir.

Əsasən, MM-də baxılan və Prezident İlham Əliyev tərəfindən mayın 23-də təsdiq olunan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun bir çox istiqamətinə görə fərqlənir. 

Belə ki, qanunda edilən yeni əlavəyə əsasən, kritik informasiya strukturu subyektlərinə xidmət göstərən kibertəhlükəsizlik xidməti, onun provayderlərinin, təsisçilərinin onun səlahiyyətli nümayəndəsi eləcə də kritik informasiya strukturunun təhlükəsizliyi üzrə fəaliyyətlə məşğul olan şəxs və şəxslər mütləq Azərbaycan Respublikasının vətəndaşları olmalıdırlar. 

Bu, olduqca vacib məsələdir. Dövlət strukturlarında həmçinin digər strateji sahələrin - müdafiə, səhiyyə, təhsil, maliyyə, energetika, nəqliyyat, informasiya texnologiyaları, telekommunikasiyalar, su təchizatı, ekologiya ümumən hər biri strateji sahələrdir. Onların kibertəhülkəsizliyinin müdafiəsi məhz bu səbəbdən önəmlidir”. 

Vüqar İskəndərov qeyd edib ki, Dövlət Təhlükəsizlyi Xidməti dövlətimizin, insanların təhükəsizliyi və layiqli yaşaması, cəmiyyətin sabitliyi üçün dövlətin əsas strukturu olaraq uğurla fəaliyyət göstərir: 

“Əsasən də müasir dövrümüzdə sürətlə dəyişən informasiya və onun yaratdığı təhdidlər, gənclərimizin həssas dövrlərində kənardan yad təsirlərdən mühafizə olunması, qorunması hazırda prioritet məsələdir və bu funksiyanı DTX uğurla həyata keçirir. Düşünürük ki, dövlət başçısının imzaladığı bu qanun gələcəkdə ölkəmizin sözügedən təhdidlərə qarşı dayanıqlı müdafiə edilməsinə daha geniş şərait yaradacaq”.

Son xəbərlər

Azərbaycanda taksidən istifadə edənlərin sayı ARTIB

Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini ANDI

Mətanət İsgəndərliyə AĞIR İTKİ

Valiyə Şuşa ilə bağlı hədiyə təqdim olundu - FOTOLAR

Bakı-İrəvan arasında RAZILAŞMA: Hansı üstünlüklər var? - AÇIQLAMA 

Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş OLDU

Belarus Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ

“Ürəyim sıxılır” deyənlərin DİQQƏTİNƏ! - "Sağalmaq üçün..."

Latviya Parlamentinin spikeri Azərbaycana GƏLİR

Baş prokuror Düşənbəyə işgüzar səfərə GETDİ

Nazirlikdən sabahla bağlı SARI XƏBƏRDARLIQ! - Ölkə ərazisində...

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış OLDULAR

Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı TƏKLİF ETDİ

Lukaşenko: "Belarus və Azərbaycan sənaye sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirməyə hazırdır"

Aleksandr Lukaşenko: "Azad edilən ərazilərdə dirçəliş dövrü başlayıb"

Prezident: "Azərbaycanla Belarus arasında kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk"

İki qardaş 25 milyon dollarlıq OĞURLUQ ETDİ

İlham Əliyev: "Azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin iştirakına şad olardıq"

Aleksandr Lukaşenko: "Azərbaycan son illərdə böyük uğurlara nail olub"

Slovakiyanın Baş nazirinə hücum edəni hansı cəza gözləyir?

Bütün xəbərlər