Kimlər bir həftə internetsiz qalacaq? – Ekspert AÇIQLADI
Artıq bir neçə gündür ki, Azərbaycanda internetin verilməsi ilə bağlı fasilələrin yaranması müzakirə olunur.
Bəzi şəxslər artıq bununla bağlı problem yaşadığını da iddia edir.
Gundem.az xəbər verir ki, məsələyə aydınlıq gətirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bir həftə ərzində Baktelekom istifadəçilərində problemlərin yaranacağını bildirib:
“Bir neçə gün öncə Baktelekom CDMA şəbəkədə, onun baza stansiyalarında təkmilləşdirmə işlərinin aparıldığını bildirib. Bununla əlaqəli məhz bu şəbəkə istifadəçilərində problemin olacağını elan edib. Bundan sonra isə sosial mediada ölkə üzrə internet təminatında problemlər olacağı haqqında məlumatlar yayılıb. Bununla bağlı mənə də çoxsaylı müraciətlər olub və hələ də davam edir. Bir daha qeyd etmək istərdim ki, ölkədə CDMA xidmətini göstərən 3 operatorun ölkə üzrə cəmi, təxminən 10 min müştərisi olar. Baktelekom-un isə təxminən 2-3 min bu tip abunəçisi var. Bu simsiz telefonlar adətən "gəzdirilə bilən ev telefonu" adlanır.
Əsasən 10-15 il əvvəl məhdud sayda istifadəyə verilib.
CDMA texnologiyanı mobil olaraq da istifadə etmək mümkün olmasına baxmayaraq bu xudməti göstərən operatorların mobil lisenziyası olmadığından onlar bu sahədə inkişaf edə bilməyiblər. Baktelekom hazırda bu şəbəkədə, həmin 2-3 abonentə ancaq səs-danışıq xidməti göstərir. Digər CDMA operatorlarda isə bu xidmətlə bərabər bu texnologiya ilə internet xidmətləri də var. Beləliklə, 14-21 fevral tarixlərində nəzərdə tutulan təkmilləşdirmə işləri ancaq Baktelekom-un yalnız məhdud sayda olan CDMA müştərilərə aiddir. Ölkə üzrə digər texnilogiyalarla, fiber-optik, GPON ADSL, Kabel TV, mobil, LTE, Starlink və s. texnologiyalarla internetə qoşulanları hər hansı problem gözləmir”,-deyə ekspert qeyd edib.
Əzizə Zeynal
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay