Texnologiya
19.02.2024 / 20:17
384
“WhatsApp”da yeni funksiya: Gizli söhbətlər üçün...
"WhatsApp" messencerində gizli söhbətləri açmaq üçün kod təyin etməyə imkan verən yeni funksiya olacaq.
Gundem.az publika.az-a istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.
Gizli söhbətlərin siyahısını açmaq üçün kodu təyin etmək imkanı proqramın masaüstü versiyasında mövcud olacaq. "WhatsApp" məxfi söhbətlərə icazəsiz girişdən əlavə müdafiə səviyyəsini təmin edəcək", - portalın mütəxəssisləri qeyd ediblər.
"WABetaInfo" aydınlaşdırıb ki, yeni funksiya növbəti proqram yeniləməsində əlçatan olacaq. Seçim hazırda inkişaf mərhələsindədir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay