"Samsung" "Apple"ı böyük fərqlə ÖTDÜ - 19,69 milyon...
"Samsung" dünyanın aparıcı smartfon istehsalçısı statusunu bərpa edib.
Gundem.az xəbər verir ki, bu barədə Koreyanın “Korea Times” nəşri məlumat yayıb.
KİV-in məlumatına görə, fevral ayında "Samsung"un dünya bazarındakı payı 20 faiz təşkil edib. Beləliklə, keçmiş lider “Apple” 18 faizlik payla ikinci pilləyə düşərək birinci yeri itirib.
Bu müddət ərzində Koreyanın İT nəhəngi 19,69 milyon ədəd smartfon satıb. Onun ən yaxın rəqibi 17,41 milyon ədəd satılan cihazdır. Mütəxəssislərin fikrincə, payız və qış aylarında brendlərin liderliyi mövsümi xarakter daşıyır. Belə ki, "Apple" sentyabr ayında "iPhone 15"in təqdimatı sayəsində birinci yerə çıxıb. Samsung "Galaxy S24" smartfonlarının buraxılmasından sonra fevral ayında lider olub.
Müəlliflər həmçinin qeyd ediblər ki, ilin ayrı-ayrı rüblərinə nəzər salanda "Samsung"un bazar liderliyini əldə etmək ehtimalı daha yüksək olub. Bu, korporasiyanın "Apple"dan fərqli olaraq daha tez-tez fərqli smartfonlar istehsal etməsi ilə bağlıdır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay