BAKU Azərbaycan
°C

Bu payızda buraxılmağa hazırlaşan "iPhone 16 Pro", minimum versiyada iki dəfə çox yaddaş alacaq. 

Gundem.az lent.az-a istinadən xəbər verir ki, bu "Macobserver" portalı məlumat yayıb .

Cari "iPhone 15" xətti əsas versiyalarda yalnız 128 GB daxili yaddaş təklif edir. Yeganə istisna "iPhone 15 Pro Max"dır, onun 256 GB-lıq yaddaş həcmi var. Mənbənin məlumatına görə, "iPhone 16 Pro" həmçinin 256 GB daxili yaddaşa malik olacaq.

Eyni zamanda, əsas "iPhone 16" və "16 Plus" 128 GB tutumunu saxlayacaq. Bu da 2024-cü ilin sonunda flaqmanlar üçün kifayət etməyəcək.

Keçən il "Apple" "iPhone 15 Pro Max"da yaddaşın minimum həcmini 256 GB-a qədər artırmışdı. Bu da cihazın qiymətinə təsir etdi və smartfon 100 dollar bahalaşdı. "iPhone 16 Pro"da belə bir dəyişikliyin onun qiymətinə təsir edib-etməyəcəyi, yoxsa "Apple"ın qiymət etiketini 999 dollar səviyyəsində saxlayacağı barədə isə hələlik məlumat verilmir.

Bir çox mənbələrə görə, "iPhone 16 Pro" 6,3 düym, "16 Pro Max" isə 6,9-a qədər artırılmış ekran alacaq. Cari xətt müvafiq olaraq 6,1 və 6,7 düym diaqonalı olan displeylərdən istifadə edir. "iPhone 16"nın təqdimatı 2024-cü ilin sentyabrında gözlənilir.


 

Son xəbərlər

“Qarabağ” “Şamaxı”nı qəbul edəcək

Manafdan həmin ifadə ilə bağlı açıqlama -VİDEO

Qanunsuz çıxarılan 60 nəfər əvvəlki işlərinə qaytarıldı

Azərbaycanda 1 milyondan çox insana 200 manat VERİLƏCƏK? -MÜHÜM AÇIQLAMA

Xəstəxanaya getmişdi, qəfil öldü

İmran Xana hökm oxundu

Anar Cəfərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Niyam Salami dələduzluqda ittiham olunur

Bakıda 37 milyona park salınır

Nazir müavininin qızı da cəza alıbmış - FOTO

Azərbaycanda ərzaq məhsulları ucuzlaşa bilər

Teymur Əsgərzadə yüksək vəzifəyə TƏYİN OLUNDU

Azərbaycanda qızıl UCUZLAŞDI - Yeni QİYMƏT görün neçə oldu

Beşiktaşın bələdiyyə sədri həbs edildi

Helikopter qəzalı eniş etdi: 11 nəfər...

Bu rayonlara qar yağdı

Ölkədə bu valyuta ucuzlaşdı

Bakıda doğulan uşaq hər kəsi heyrətə saldı

Narin cinayətindən sonra 50 uşaq dövlət himayəsinə alındı

Sabah bu rayonun bir hissəsi QAZSIZ QALACAQ

Bütün xəbərlər