BAKU Azərbaycan
°C

Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl İranda əxlaq polisi tərəfindən “hicab qaydalarına əməl etmədiyi üçün “ zorakılığa məruz qalan  22 yaşlı Məhsa Əmininin ölümü  vətəndaşları ayağa qaldırıb. Etiraz əlaməti olaraq  Təbriz,Tehran, İsfahan, Şirman, Kiraz və digər böyük şəhərlərdə  aksiya keçirən qadınlar  hicablarını yandıraraq  sərt geyim qaydalarına və onu tətbiq edənlərə qarşı müqavimət göstəriblər

Aksiyalar zamanı etirazçılar arasında da ölən və yaralananların olduğu bildirilir. Təkcə İranda deyil, bütün ölkələrdə hadisə birmənalı qarşılanmayıb. Bu günə kimi Tvitter sosial şəbəkə platformasında 30 milyondan çox şəxs #mahsa_amini və #mahsaamini həştəqlərindən istifadə edərək baş verənlərə etirazlarını bildiriblər.  Qeyd edək ki, Məhsa Əminini qətlə yetirən, sözügedən əxlaq polisi guya İslam əxlaqına və "düzgün" geyim qaydalarına nəzarət edir. Bir sözlə islam, əxlaq adı altında qadınlar günahsız yerə işgəncəyə, zorakılığa məruz qalır. 

Ümumilikdə, əxlaq polisinin yaradılması demokratiyaya zidd hesab olunur. Məsələn, qardaş ölkə Türkiyədə  fəaliyyət göstərən “əxlaq şöbə polisi” yalnız əxlaqsız yuva və qumarxana aşkar etdikdə müdaxilə edir.

Xatırladaq ki, bir neçə il öncə  Bakının mərkəzində turistlərə intim xidmət təklif edən yüngül əxlaqlı qadınlara qarşı mübarizəni gücləndirmək üçün əxlaq polisinin yaradılacağı ilə bağlı şayiələr yayılmışdı. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bu cür iddiaların əsassız olduğunu, eyni zamanda gələcəkdə belə bir qurumun yaradılmasının müzakirə mövzusu olmadığını demişdi.

 
Məsələ ilə bağlı  Gundem.az saytına açıqlama verən vəkil Elvin Məhərrəmov bildirib ki, ictimai asayişi pozan, əxlaqsızlıqla məşğul olan şəxslər qanun qarşısında cəzalandırıldığı üçün əxlaq polisinin yaradılmasına  ehtiyac yoxdur:

 

“Hər hansı bir ölkədə  əxlaq polisi adında yeni struktur bölmənin yaradılması  həmin ölkənin daxili qanunvericiliyi ilə eyni zamanda daxili işlər nazirliyinin  struktur bölmələrinin yaradılması haqqında  əsasnamələri ilə tənzimlənir.  Hazırda ölkəmizdə belə bir struktur bölmənin, belə bir ayrıca qurumun yaradılması  gözlənilmir.

Daxli İşlər Nazirliyi tərəfindən  dəfələrlə ictimaiyyətə bildirilib ki, heç vaxt Azərbaycanda belə bir struktur bölmə mövcud olmayıb  və yaradılması haqqında heç bir layihə mövcud deyil.  Azərbaycan polisi üzərinə düşən vəzifəni yerinə yetirərək  ictimai təhlükəsizliyi, insanların həyat sağlamlığını, hüquqlarını qoruyur".

 

Hüquqşünas əxlaqsızlıqla məşğul olan şəxslərin cərimə olunduğunu da qeyd edib:

"Hər hansı bir formada əxlaqi  çərçivələrdən kənar  qeyri-əxlaqi hərəkətlər baş verərsə, hüquq-mühafuzə orqanları tərəfindən dərhal müdaxilə edir və onun qarşısı alınır. Bu səbəbdən  yeni struktur bölmənin yaradılmasına heç bir ehtiyac duyulmur. Son olaraq isə əlavə emək istəyirəm ki, əxlaqsızlıqla məşğul olan şəxslər aşkar edildikə, İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsinə əsasən fahişəliklə məşğul olmağa görə 100 manat məbləğində cərimə olunur".

Günel Məmmədyarlı 

Son xəbərlər

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını NƏZƏRDƏN KEÇİRİR

Alimlər bu təhlükəli paraziti məhv edə bilən virus aşkarlayıblar

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDƏCƏK

"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Xocavənddə partlayıcı vasitələr AŞKAR EDİLDİ

Azərbaycanda general VƏFAT ETDİ

Çin XİN başçısı: "Ukraynadakı müharibənin daha da genişlənməsi riski var"

Azərbaycan nefti UCUZLAŞDI

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Qəzzada öldürülən jurnalistlərin sayı 141-ə ÇATIB

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Xavi “Barselona”da qalacaq

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Ağdamda iki hotel tikilir

Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Bütün xəbərlər