BAKU Azərbaycan
°C

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cəzasına məhkum edilib. Dizaynerin müştəriləri arasında Viktoriya Bekhem və Salma Hayek kimi məşhurlar da var.

Gundem.az bildirir ki, Nensi Mayami federal məhkəməsində vətəni Kolumbiyadan timsah dərisindən hazırlanmış çantaları qaçaqmalçılıq yolu ilə keçirməkdə ittiham olunub. O, günahını etiraf edib.

Nensi Qonzales 2022-ci ildə Kolumbiyanın Kali şəhərində həbs edilib. Daha sonra ABŞ-a ekstradisiya edilən Nensi, o cümlədən Nyu-Yorka kommersiya reyslərində çantalarını daşımaq üçün kuryerlərin cəlb edilməsi də daxil olmaqla, ABŞ-ın vəhşi təbiət qanunlarını kobud şəkildə pozub.

 

 

ABŞ prokurorunun köməkçisi Tomas Watts-Fitzgerald Nensi Qonzalesin hərəkətlərini narkotik kartellərinin cinayətləri ilə müqayisə edib. Dizayner kuryerləri işə götürməklə, kommersiya uçuşları ilə ABŞ-a piton və timsah çantaları daşıtdırıb.


Qonzalesin vəkilləri onun çətin həyatını və tək ana olmasını əsas gətirərək, məhkəmənin güzəştə getməsinə çalışırlar. Vəkilləri onu “Dior”, “Prada” və “Gucci” kimi markaları geridə qoyaraq moda ikonasına çevrilən biri kimi təsvir ediblər. 


Vəkillər həmçinin bildiriblər ki, 71 yaşlı Nensi öz cinayətlərinin cəzasını artıqlaması ilə çəkib. Bir vaxtlar əsasən 300 qadın işçinin çalışdığı Kolumbiya şirkəti onun həbsindən sonra müflis olub və fəaliyyətini dayandırıb.


Onlar həmçinin iddia edirlər ki, Nensinin ABŞ-a idxal etdiyi məhsulların yalnız 1%-nə lazımi qaydada icazə verilməyib. Nyu-York Moda Həftəsi və digər tədbirlər bunun ən bariz nümunələridir.

Hökmdən əvvəl məhkəmə qarşısında çıxış edən Nensi Qonzales ABŞ qanunlarına səhlənkarlıqla yanaşdığına görə çox təəssüfləndiyini və yeganə arzusunun 103 yaşlı anasını bir daha qucaqlamaq olduğunu bildirib.

Lakin məhkəmə Nensinin mürəkkəb qaçaqmalçılıq sistemi qurduğunu bildirir. Onun kuryerləri çanta və aksessuarların hədiyyə olduğunu iddia edərək, ölkə xaricinə hər biri timsah və pitondan hazırlanmış 4 çanta aparıblar. Beləliklə, ABŞ-a 2 milyon dollarlıq mal keçirilib. Qonzalesin vəkilləri qiymətin çox yüksək olduğunu deyərək, buna etiraz edirlər. Onlar iddia edirlər ki, bütün dərilər yetişdirilən kayman və pitonlardan alınıb. Bununla belə, bəzi hallarda Nensi nəsli kəsilməkdə olan vəhşi təbiət növlərinin ticarətini tənzimləyən beynəlxalq müqavilə çərçivəsində ABŞ Balıq və Vəhşi Təbiət Xidmətindən tələb olunan müvafiq idxal icazələrini ala bilməyib.


2016 və 2017-ci illərdə ABŞ rəsmiləri ona bu qanunlardan yayınmamaq barədə xəbərdarlıq edib.

 

Aysel

Sfera.az

 

 

 

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər