BAKU Azərbaycan
°C

Kür-Bakı magistral su kəmərinin daha birində qəza baş verib.

Report-un məlumatına görə, hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb.

Qəza Kür-Bakı magistral su kəmərinin Hacıqabul, Biləsuvar rayonları və Şirvan şəhərini suyla təmin edən hissəsində baş verib. Nəticədə həmin yaşayış məntəqələrinə içməli suyun verilişi dayandırılıb.

Artıq iki gündür ki, sözü gedən rayonların və şəhərin əhalisi susuz qalıb.

Hacıqabul Rayon İcra Hakimiyyətindən “Report”un yerli bürosuna verilən məlumata görə, qəzanın nəticələrini aradan qaldırmaq məqsədi ilə həmin əraziyə aidiyyəti qurumların işçiləri cəlb olunub. Hazırda həmin ərazidə işlər davam etdirilir.

Günün sonunadək magistral su kəmərinin bərpa olunması gözlənilir.

Qeyd edək ki, mayın 2-də Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 19-cu kilometrliyində Bakı şəhərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza baş verib.

Son xəbərlər

Azərbaycanlı general vəfat etdi - FOTO

Bakıda sənədsiz evlərin qiyməti ucuzlaşır? - AÇIQLAMA

Tokayev naziri vəzifəsindən AZAD ETDİ

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - FOTO

Cəlilabadda 42 nəfər cərimələndi

Sakinlərin NƏZƏRİNƏ: sabah bəzi ərazilərdə qaz olmayacaq

Qazaxıstan prezidenti naziri vəzifəsindən azad etdi

Maskın beş gündə qazancı dünyanı şoka saldı

Xankəndidəki universitetin yataqxanasının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi

Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI

Mirzoyan: Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır

Hərbçilərimiz Aralıq dənizində keçirilən təlimdə iştirak etdilər

İlham Əliyev Edvard Rounu qəbul etdi

FHN-dən hava şəraiti ilə əhaliyə müraciət

Anar Məmmədli barədə qərar verildi

30 aprel - Beynəlxalq Caz Günüdür

Rəsmi Bakı Fransadan Azərbaycanın daxili işlərinə qarışmamağı TƏLƏB ETDİ

Ceyhun Bayramov Qətərin Baş naziri ilə GÖRÜŞDÜ

Soyuq və isti hava elektromobillərin fəaliyyətinə pis təsir göstərir - TƏHLİL

Bütün xəbərlər