BAKU Azərbaycan
°C

“Mayın 3-nə keçən gecə Kremlə pilotsuz uçuş aparatları (PUA) ilə edilən hücum Rusiyanın özü tərəfindən təşkil edilə bilər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat ABŞ-nin Müharibə Tədqiqatları İnstitutunun (ISW) yaydığı hesabatda yer alıb. 

Məlumata görə, Rusiya ölkədə daha geniş səfərbərlik üçün şərait yaratmaq üçün belə bir hücumu təşkil edə bilər: “Moskva, həmçinin bununla Ukraynaya qarşı müharibə aparmağın vacibliyini Rusiyanın daxili auditoriyasına çatdırmağa çalışıb”.

Analitiklərin fikrincə, bir neçə əlamət Kremlə PUA-larla hücumun Rusiyanın daxili qüvvələri tərəfindən məqsədyönlü şəkildə həyata keçirildiyinə işarə edir: “Rusiya  rəhbərliyi bu yaxınlarda Moskva da daxil olmaqla öz hava hücumundan müdafiə sistemininin gücləndirilməsi istiqamətində addımlar atıb. Buna görə də, iki pilotsuz uçuş aparatının bir neçə hava hücumundan müdafiə eşelonunu keçərək birbaşa Kremlin üzərində vurulması inandırıcı görünmür”.

Xatırladaq ki, Rusiya tərəfi martın 3-nə keçən gecə Ukraynanın PUA-larla Kremlə hücum etməyə cəhd etməsi barədə məlumat yayıb. Bildirilir ki, rusiyalı hərbçilər Kremlə yaxınlaşan iki PUA-nı zərərsizləşdirib. Ukrayna isə hücumun Kiyev tərəfindən təşkil edildiyini təkzib edib.

Son xəbərlər

Yusif Mustafayev məscid tikdirdi

Dövlət Departamentindən SÜLH AÇIQLAMASI

Sarımsağı bu qidalarla birlikdə yeməyin - TƏHLÜKƏLİDİR

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO/VİDEO

Ermənistanda “TikTok” məhdudlaşdırılır?

Ordumuz düşmən tankını belə məhv edib - ANBAAN VİDEO

Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Pentaqondan kosmosla bağlı XƏBƏRDARLIQ

Cəlilabadda tütündən istifadə qaydalarını pozanlar CƏRİMƏLƏNDİLƏR

BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib

Magistraturaya qəbul imtahanının NƏTİCƏLƏRİ

Partlayışda xəsarət alan şəxs xəstəxanada ÖLDÜ

Almaniya təmsilçisinin futbolçusu gecə klubunda döyüldü

"O pulla özümə evimdən də bahalı maşın aldım"

Sumqayıtda zavod yanır

Azərbaycanlı general vəfat etdi - FOTO

Bakıda sənədsiz evlərin qiyməti ucuzlaşır? - AÇIQLAMA

Tokayev naziri vəzifəsindən AZAD ETDİ

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - FOTO

Cəlilabadda 42 nəfər cərimələndi

Bütün xəbərlər