BAKU Azərbaycan
°C

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş hazırlanıb.

Milli Məclisin deputatı Naqif Həmzəyev müsahibəsində doğulduğu və uşaqlığının keçdiyi Göyçə mahalında üzləşdikləri çətinliklərdən söhbət açıb.

O, 1988-ci ildə ailəsi ilə birlikdə Basarkeçər rayonunun Nərimanlı kəndindən məcburən çıxarıldıqlarını, əvvəlcə Kəlbəcər rayonunda, sonra isə Gəncə şəhərində məskunlaşdıqlarını və uşaqlıq dövründə yaşadığı deportasiyanın ağır olduğunu bildirib.

Onun sözlərinə görə, erməni həkimlər azərbaycanlıların ölümünə səbəb olur, soydaşlarımızla kobud rəftar edirdilər:

“Biz tarixi torpaqlarımızı məcburiyyət qarşısında qalaraq tərk etdik. Əgər o dövrlərdə ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətdə olsaydı, xalqımız nə deportasiyanı yaşayar, nə də sonrakı faciələrlə üzləşərdi”.

O, Qərbi Azərbaycan İcmasının bu istiqamətdə böyük işlər gördüyünü diqqətə çatdırıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər

Ceyhun Bayramov Qətərin Baş naziri ilə GÖRÜŞDÜ

Soyuq və isti hava elektromobillərin fəaliyyətinə pis təsir göstərir - TƏHLİL

XİN başçısı: "Azərbaycanın tərəfdarı olduğu birbaşa sülh danışıqları ən effektiv və uğurlu xətt kimi özünü doğruldub"

Psixoloq, psixiatr və nevroloq: Bu anlayışları necə fərqləndirmək olar?

Baş Prokurorluq əməliyyat keçirdi: Vəzifəli şəxslər SAXLANILDI - YENİLƏNDİ

Mayın 1-i və 2-si ilə bağlı əhaliyə XƏBƏRDARLIQ!

Məhkəmədən Elnarə Qasımova ilə bağlı QƏRAR

Şuşanı düşməndən təmizləyən Xüsusi Təyinatlı Qüvvələr 25 yaşında

Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq GENİŞLƏNDİRİLİR

Başkəndlə bağlı fikirlər SƏS-KÜY YARATDI: “Ora bizim üçün əvəzsizdir” 

Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının növbəti İCLASI OLDU

Məşhur aktrisa VƏFAT ETDİ - FOTOLAR

Peruda AVTOBUS QƏZASI - 25 ölü, 13 yaralı

Bu xanıma yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Dünya bazarlarında neft UCUZLAŞDI

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini QƏBUL ETDİ

Səidə Sultan transparan geyimi ilə diqqət çəkdi - FOTO

ABŞ Rusiyaya qarşı sanksiyanı 1 noyabradək TƏXİRƏ SALDI

Ali Məhkəmə ilə Əlcəzair Ali Məhkəməsi arasında Memorandum İMZALANDI - FOTO

Axtarışda olan 76 nəfər SAXLANILDI 

Bütün xəbərlər