BAKU Azərbaycan
°C

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən bir sıra təhsil müəssisələrində yoxlama və monitorinqlər aparılıb.

Təhsil idarəsindən Gundem.az-a verilən məlumata görə yoxlama və monitorinqlər əsasən təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, tədris-pedaqoji və metodiki sənədlərlə işin təşkili vəziyyəti, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizatın və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi və digər məsələlər ilə bağlı aparılıb.

Yoxlamalar nəticəsində təhsil müəssisələrində əmək qanunvericiliyinin tələblərinin pozulduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı, müəssisəyə rəhbərlik və nəzarətin zəif təşkil olunduğu, mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, digər nöqsan və çatışmazlıqlara yol verildiyi aşkar edilib.

Aşkar edilmiş nöqsanlara əsasən, müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Gəncə şəhər 52 saylı körpələr evi - uşaq bağçasının müdiri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən tutduğu vəzifədən azad edilib.

Bildirilir ki, yoxlama və monitorinqlər sistemli və ardıcıl şəkildə davam etdirilir.

Son xəbərlər

Qanunsuz şans oyunlarında növbəti dələduzluq — FOTOFAKT

“Apple” şirkəti bu reklama görə ÜZR İSTƏDİ: "Hədəfdən yayınmışıq..." - VİDEO

Braziliyada daşqın qurbanlarının sayı ARTDI

Bakıda beynəlxalq seysmoloji konfrans KEÇİRİLƏCƏK

"Bolqarıstanın qaz istehlakının 50%-ni Azərbaycan təmin edir" - AÇIQLAMA

Əhaliyə mühüm XƏBƏRDARLIQ! - Mayın 11-12-də...

Azərbaycan nefti cüzi BAHALAŞDI

Ermənistanda etiraz aksiyaları DAVAM EDİR: "Paşinyan yaxın günlərdə..."

Putin Mişustinin Baş nazir postuna namizədliyini İRƏLİ SÜRDÜ

Mayın 12-də dövlət qulluğuna qəbul imtahanı KEÇİRİLƏCƏK

Cinayətdə şübhəli bilinən 83 nəfər SAXLANILDI 

Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat BAŞLADI

Bu rayonlarda qaz OLMAYACAQ

Əli Əsədov: "Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır"

Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı PAYLAŞIM ETDİ

XİN Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə PAYLAŞIM ETDİ

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə YOLA DÜŞDÜ

Azərbaycan xalqı Ümummilli Liderin xatirəsini YAD EDİR

İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı PAYLAŞIM ETDİ

Prezident və birinci xanım Heydər Əliyevin məzarını ZİYARƏT ETDİLƏR - FOTO

Bütün xəbərlər