BAKU Azərbaycan
°C

Azərbaycanda ən bahalı özəl məktəblərdən sayılan Bakı Oksford Məktəbi (Baku Oxford School) “Baku Steel Company” şirkətini məhkəməyə verib.

Gundem.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məktəb “Baku Steel Company”nin vaxtilə Bakı Oksford Məktəbinə məxsus olan və məktəblilərin daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrini ələ keçirdiyini iddia edir. Nəqliyyat vasitələrinin dəyərinin külli miqdarda olduğu bildirilir.

Məktəb rəhbərliyi maşınların geri qaytarılması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İş hakim Nərmin Əhmədovanın icraatına verilib.

Qeyd edək ki, Bakı Oksford Məktəbi həbsdə olan iş adamı Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovaya məxsusdur. R.Məmmədov özü də uzun illər “Baku Steel Company”nin rəhbəri olub. Rasim Məmmədov həbs edildikdən sonra Bakı Oksford Məktəbinin üzərinə də həbs qoyulub. Məktəbin dəyəri 24 milyon manat qiymətləndirilir.

Bakı Oksford Məktəbi Bakıda ən bahalı özəl məktəblərdən sayılır. Burada təhsil ingilis dilindədir və əsasən imkanlı şəxslərin övladlarının oxuduğu məktəb kimi tanınır.

Xatırladaq ki, R.Məmmədov 2021-ci ildə DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. 185 milyon manatlıq yeyintidə təqsirli bilinən R.Məmmədov 14 il müddətə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Ceyhun Bayramov Qətərin Baş naziri ilə GÖRÜŞDÜ

Soyuq və isti hava elektromobillərin fəaliyyətinə pis təsir göstərir - TƏHLİL

XİN başçısı: "Azərbaycanın tərəfdarı olduğu birbaşa sülh danışıqları ən effektiv və uğurlu xətt kimi özünü doğruldub"

Psixoloq, psixiatr və nevroloq: Bu anlayışları necə fərqləndirmək olar?

Baş Prokurorluq əməliyyat keçirdi: Vəzifəli şəxslər SAXLANILDI - YENİLƏNDİ

Mayın 1-i və 2-si ilə bağlı əhaliyə XƏBƏRDARLIQ!

Məhkəmədən Elnarə Qasımova ilə bağlı QƏRAR

Şuşanı düşməndən təmizləyən Xüsusi Təyinatlı Qüvvələr 25 yaşında

Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq GENİŞLƏNDİRİLİR

Başkəndlə bağlı fikirlər SƏS-KÜY YARATDI: “Ora bizim üçün əvəzsizdir” 

Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının növbəti İCLASI OLDU

Məşhur aktrisa VƏFAT ETDİ - FOTOLAR

Peruda AVTOBUS QƏZASI - 25 ölü, 13 yaralı

Bu xanıma yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Dünya bazarlarında neft UCUZLAŞDI

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini QƏBUL ETDİ

Səidə Sultan transparan geyimi ilə diqqət çəkdi - FOTO

ABŞ Rusiyaya qarşı sanksiyanı 1 noyabradək TƏXİRƏ SALDI

Ali Məhkəmə ilə Əlcəzair Ali Məhkəməsi arasında Memorandum İMZALANDI - FOTO

Axtarışda olan 76 nəfər SAXLANILDI 

Bütün xəbərlər