BAKU Azərbaycan
°C

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkən polkovnik Zaur Mirzəyevlə bağlı bir sıra detallar üzə çıxıb.

Gundem.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, o, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədovun yaxın qohumudur. Belə ki, Z.Mirzəyev Xidmət rəisinin əmisi qızı ilə evlidir. Füzuli Əsədovun köməkçisi vəzifəsində işləyən polkovnik qohumluq əlaqələrindən istifadə edərək idarədə işçilər arasında öz nüfuzunu aşkar surətdə nümayiş etdirib. Xidmət rəisi ilə qohumluq münasibətlərinə görə hər kəs Zaur Mirzəyevdən çəkinib.

Zaur Mirzəyev 2007-ci ildən sözügedən vəzifəni icra edib və daxili xidmət polkovniki rütbəsini daşıyıb. İşi xidmət rəisinin tapşırıqlarını yerinə yetirmək və verdiyi tapşırıqları əməkdaşlara çatdırmaqdan ibarət olub.

Hazırda o, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığı vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 309.2 (Vəzifə səlahiyyətlərini aşma) və 312-1.1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddələri ilə təqsirli bilinir. Zaur Mirzəyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Xatırladaq ki, Füzuli Əsədov keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun qardaşıdır.

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər