BAKU Azərbaycan
°C

"44 Günlük Müharibəyə qədər 24 il ərzində Ermənistanla aparılan danışıqların iki əsas predmeti var idi: torpaqların azad edilməsi və Qarabağ ermənilərinin “statusu”. İyunun 15-də Paşinyan Ermənistan parlamentində çıxışında etiraf etdi ki, R. Köçəryan və S. Sarqisyan hökumətləri bütün baza danışıq sənədlərində Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edib və hansısa “status” Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nəzərdən keçirilib. Minsk qrupunun missiyası münaqişənin sülh yolu ilə həllinə nail olmaq idi və onların səlahiyyətlərinə bu iki məsələ daxil idi. Lakin, Minsk qrupu münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi, 44 günlük müharibə ilə əvvəl müzakirə predmeti olan bütün sənədlər sıfırlandı və Minsk qrupunun fəaliyyəti üçün predmet qalmadı".

 

Gundem.az xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin analitik təhlilində yer alıb.

Məqalədə qeyd edilib ki,  “status” və Minsk qrupu məsələlərini müzakirə mövzusuna çevirmək istəkləri müharibənin nəticələrini sıfırlamaq cəhdindən başqa bir şey deyildir:

 "Müharibəyə qədər 30 il ərzində Azərbaycana deyilirdi ki, ermənilər 1-ci Qarabağ müharibəsində qalib gəlməklə reallıq yaradıblar və bununla barışın. Azərbaycan isə ən çətin vaxtlarında belə birmənalı şəkildə bununla barışmayacağını, hərbi gücdən istifadə etmək hüququnu özündə saxladığını və zəruri bildikdə istifadə edəcəyini bildirirdi. Azərbaycan həm Ermənistanla, həm də beynəlxalq vasitəçilərlə hər zaman açıq və səmimi olub. Amma təəssüf ki, əvvəl də qarşılıqlı olaraq səmimiyyət görmədiyi kimi indiki danışıqlarda da görmür.Səmimiyyət və aydın mövqe olmadıqda isə danışıqlarda nəticə və sülh əldə etmək çətindir və açıq qarşıdurma qaçılmazdır. “Danışıqlar nəzəriyyəsi”ndə (Negotiation Theory) “pis niyyətli danışıqlar” anlayışı vardır. Yəni, əgər tərəflərdən biri səmimi deyilsə və danışıqlarda “pis niyyətli” tərəfdirsə demək ki, nəticədə və sülhdə maraqlı deyil"Minsk qrupunu yenidən “vasitəçi”yə çevirməklə Ermənistana yardım etməyə çalışanlar üçün isə iki məqamı xatırlatmaq lazımdır. Birincisi, 2020-ci ilin 27 sentyabrına qədər olan reallıq beynəlxalq hüquqa qarşı törədilmiş cinayət idi və bu reallığı bizə qəbul etdirməyə çalışmaqla həmin cinayətə dəstək vermiş olurdunuz. İkincisi, əgər 27 sentyabra qədər “gücün hüququnu” müdafiə edirdinizsə, onda zəhmət çəkin, eyni ilə yenə də “gücün hüququnu” müdafiə edin. Həm də bizim tətbiq etdiyimiz “güc” qarşı tərəfinkindən fərqli olaraq tam legitimdir".

Ermənistan yenə də ikili oyunlarını davam etdirir. Ərazi iddiaları var, lakin hazırda içində olduğu vəziyyətə görə bu iddiaları açıq deyə bilmir:

"Azərbaycan açıq şəkildə hansısa “statusun” olmayacağını və Minsk qrupunun keçmiş olduğunu deyir. Ermənistan tərəfi  bir tərəfdən deyir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi bölgədə hərbi, iqtisadi və siyasi mövcudiyyətini qanunsuz olaraq saxlayır. Eyni zamanda bir tərəfdən “status”dan, digər tərəfdən “statusla bağlı tələblərin həddini aşağı salmaqdan” bəhs edir. Bununla yanaşı, tələb edilən “status”un hansı formada olması və hansı əraziləri əhatə etməsi haqqında Ermənistan qorxudan danışmır, keçmiş vasitəçilər isə konkret fikir bildirmirlər. Onu da nəzərə almaq lazımdır ki, müharibədən sonra qəbul edilən rəsmi sənədlərin heç birində nə “status”, nə də Minsk qrupu ifadələri yer almır.
Bütün bunlar qeyri-müəyyənliyi uzadır və “status” haqqında söhbətlər hazırda Azərbaycan tərəfindən açıq şəkildə “ərazi iddiaları” kimi qiymətləndirilir. Çünki, bu cür yanaşmanın başqa məntiqi izahı yoxdur. Aydındır ki, bu iddiaları hazırda Ermənistan düşdüyü vəziyyətə görə açıq şəkildə səsləndirməyə cəsarət etmir. Belə vəziyyət təkcə Ermənistanın deyil, eyni zamanda regiondakı proseslərdə iştirak etmək istəyən kənar oyunçuların da maraqlarına ziddir. Ona görə ki, onlar regionda öz maraqlarını təmin etmək istəyirlərsə, Azərbaycanın bu həssas məsələlərdə mövqeyini nəzərə almalıdırlar".

Son xəbərlər

Ukraynada nazir İSTEFA VERDİ

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Sabah 32 dərəcə isti OLACAQ

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

KİV: "Blinken İsrailə səfər edəcək"

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

Prezident: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

Prezident: "Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər"

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

XİN: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"

İki ildə 72 kiloqram arıqlayan qadın pəhriz reseptini AÇIQLADI - FOTO

Şirvanda narkotikə görə 6 nəfər HƏBS EDİLDİ - FOTO

Prezident: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR

İlham Əliyev: "Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik"

Prezident: "COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır"

Bütün xəbərlər