Hadisə
28.03.2024 / 18:47
4703
Sabah bu rayonda qaz olmayacaq
Sabah Qubanın qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Gundem.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, Quba rayonu, 2-ci Nügədi kəndi istiqamətində çəkilmiş daşıyıcı qaz xəttinin yeraltı keçən hissəsində "Təmiz Qaz" QSC tərəfindən aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə martın 29-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri görülən müddətdə Quba rayonunun bir hissəsinin (18 yaşayış məntəqəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay