BAKU Azərbaycan
°C

Xəbər verdiyimiz ki, Co Bayden bu gün ABŞ-də “TikTok”un qadağan olunması ilə bağlı qanun layihəsi imzalayacaq.

Gundem.az bildirir ki, Bayden qanun layihəsini imzaladıqdan sonra belə qadağa dərhal qüvvəyə minməyəcək.

Belə ki, qanunvericilik “TikTok” platformasının çinli sahibi “ByteDance”a hər hansı qadağanın qüvvəyə minməsindən əvvəl “TikTok”u amerikalı alıcıya satmaq üçün doqquz ay müddət verir. Bu o deməkdir ki, satış üçün son tarix çox güman ki, 2024-cü il prezident seçkilərinin qalibi vəzifəyə gəldikdən sonra, yəni 2025-ci ildə olacaq. 

Qeyd edək ki, bu, Amerika səlahiyyətlilərinin “TikTok”a qarşı ilk zərbəsi deyil. ABŞ-nin keçmiş Prezidenti Donald Tramp 2020-ci ildə Ağ Evdə olarkən proqramı qadağan etməyə çalışıb.Lakin o, indi 2024-cü il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi kimi “TikTok”un məhdudlaşdırılmasının “Facebook”a ədalətsiz şəkildə fayda verəcəyini iddia edərək yeni qanunvericiliyi tənqid edib. Əgər prezident seçkilərində Donald Tramp qalib gələrsə, o, qadağanın həyata keçirilməsinə mane olmağa çalışa bilər.

“TikTok” isə qanunvericiliyi tənqid edərək, qadağanı ABŞ-nin söz azadlığı hüququna qarşı təhqir adlandırıb. Layihə imzalanarsa, başqa ölkələrdə də oxşar addımların atılmasına ilham verə bilər. “TikTok” ən böyük bazarlarından biri olan Hindistanda artıq qadağan edilib. Tətbiq İran, Nepal, Əfqanıstan və Somalidə də bloklanıb. Böyük Britaniya hökuməti də 2023-cü ildə işçilərin cihazlarında “TikTok”dan istifadəni qadağan edib.

Qadağaların səbəbinin tətbiqin isitfadəçilər haqqında şəxsi məlumatları toplaması olduğu bildirilir. Tənqidçilər deyirlər ki, proqram yüksək fərdiləşdirilmiş sistemini gücləndirmək üçün digər sosial media platformalarından daha çox məlumat toplayır.  (Sfera.az)

 

Son xəbərlər

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTOLAR

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

Məhkəmədən Anar Məmmədli ilə bağlı QƏRAR

Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün vaxtı AÇIQLANDI

Ukrayna savaşında YENİ MƏRHƏLƏ: “Zaman Kiyevin əleyhinədir, Moskva isə...”

Bu rayonlarda işıq OLMAYACAQ - ƏHALİYƏ XƏBƏRDARLIQ!

Bəzi yerlərə leysan yağdı, dolu düşdü - FAKTİKİ HAVA

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Bütün xəbərlər