BAKU Azərbaycan
°C

Bu gün həm Afrika, həm də Ukraynada Paris və Moskva arasında ciddi qarşıdurma var. Rusiya ardıcıl olaraq Fransanı keçmiş təsir dairəsində olan ölkələrdən çıxarır. Məsələn, indi bu qarşıdurma Nigerdə baş vermiş dövlət çevrilişi fonunda mövcuddur. Afrikada Rusiya Fransanın imicinə böyük problemlər yaradır. Fransa isə Cənubi Qafqazda Moskvaya problemlər yaradır.

Gundem.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Paris Ermənistan ictimai rəyinin gözündə Rusiyadan daha müsbət görünmək istəyir. Və axın-axın Cənubi Qafqazda fəallığını artırır. Amma Fransa bu məsələdə nə qədər çox ermənipərəst mövqe tutsa, Qarabağ nizamlanmasında ciddi rol oynamaq üçün bir o qədər real imkanları azalır”, - Markov bildirib.

Onun sözlərinə görə, Parisin əsas hədəfi Azərbaycan-Ermənistan münasibətlərini beynəlxalq səviyyədə normallaşdırmaq deyil:

“Laçın dəhlizi boyunca erməni maraqlarının müdafiəsi məsələsində nəticə əldə etməsə belə (buna nail olmayacaq, çünki Rusiya Təhlükəsizlik Şurasında yekun sənədlərdə heç bir birtərəfli ermənipərəst ifadələrə və Azərbaycana qarşı hücumlara imkan verməyəcək), yenə də Ermənistan cəmiyyətində antirusiya və antiazərbaycan əhval-ruhiyyəsini daha da qaldıracaq. Bu isə Qərb üçün faydalıdır.

Bundan əlavə, Parisin siyasəti əvvəllər qeyd etdiyim kimi, antirusiya və antitürkiyə yönümlüdür. Azərbaycan Türkiyənin müttəfiqidir, bunu Fransa çox da sevmir. Paris uzun illərdir ki, Türkiyənin Avropa Birliyinə daxil olmasının əsas rəqibi olub. Azərbaycan isə beynəlxalq hüququ və öz ədalətli maraqlarını müdafiə edərək iki od arasında qalıb. Üstəlik, o, Rusiyanın müttəfiqidir”, - Markov bildirib.

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər