BAKU Azərbaycan
°C

Bu gün respublikamızın müstəqilliyi tarixində Azərbaycan Prezidenti vəzifəsinə səkkizinci seçki keçirilir.Bundan öncəki seçkilər 1992-ci, 1993-cü, 1998-ci, 2003-cü, 2008-ci, 2013-cü və 2018-ci illərdə baş tutub. 

Gundem.az sfera.az-a istinadən bildirir ki, son 32 ildə Azərbaycan əhalisinin sayı davamlı artdığından səsvermə hüququ olan şəxslərin sayında da davamlı artım baş verib. 

1992-ci ildə 7,2 milyon nəfər olan əhali sayı bu gün keçirilən seçkilər öncəsində 10,18 milyon nəfərə yüksəlib. Əhali sayının artması hər seçkidə daha çox vətəndaşımızın səsvermə hüququ əldə etməsinə imkan verib. Buna görə də keçirilən seçkilərdə səsvermə hüququ əldə edənlərin sayı əvvəlki seçkilərdən daha çox olub. 


Ətraflı
Ad - 00:22
Mərkəzi Seçki Komissiyasının məlumatlarına əsasən, səsvermə hüququ olan vətəndaşlarımızın sayı 2024-cü ilin fevralın 7-də keçirilən seçkilər öncəsi 6,478 milyon nəfərə çatıb. 2018-ci il prezident seçkilərində 5,33 milyon nəfər, 2013-cü il seçkilərində 5,215 milyon nəfər, 2008-ci il seçkilərində 4,93 milyon nəfər, 2003-cü il seçkilərində 4,63 milyon nəfər, 1998-ci il seçkilərində 4,24 milyon nəfər, 1993-cü ildə keçirilən seçkilərdə 4,065 milyon nəfər, 1992-ci il seçkilərində isə 4,06 milyon nəfər səsvermə hüququna sahib idi. 
Son 32 ildə Azərbaycan əhalisinin sayındakı artım sürəti ilə müqayisədə seçici sayında artımın daha yüksək olduğu görünür. 1992-2023-cü illərdə əhali sayı 41 faiz artdığı halda seçici sayı 60 faizə yaxın artıb. Bunun səbəbi 2000-ci ildən sonra Azərbaycan əhalisinin yaşlanmasıdır. Bu dinamika davam etdikcə ölkəmizdə seçici sayı daha da artacaq.

Son xəbərlər

Ceyhun Bayramov Qətərə işgüzar səfərə YOLA DÜŞDÜ

Bakının məşhur restoranında ÖLÜM: Rəqs edərkən... - TƏFƏRRÜAT

Xadimə evdən 60 minlik qızıl-zinət əşyaları OĞURLADI 

Özbəkistanın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Yan Vanmin: "Azərbaycan Çin üçün çox vacib tərəfdaşdır"

“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi keçirildi - FOTOLAR

Bakıda bu ərazidə yeni park salınacaq - RƏSMİ

Məşhur aktyor polisə ÇAĞIRILDI - FOTO

Qazaxda mina partlayışı OLDU, XƏSARƏT ALAN VAR

Putinin Türkiyəyə səfəri yubadılır - Səbəb nədir?

Sabah 32 dərəcə isti olacaq

Fransa müxalifəti Makrona qarşı: "Satqın, milli təhlükə, dəli..."

Məşhur müğənni ikinci dəfə ana oldu - FOTO

Roza Zərgərlinin paylaşımı müzakirə doğurdu - VİDEO

Prezident bu şəxsləri nazir müavini TƏYİN ETDİ - FOTO

Bu sürücülərə CƏRİMƏ YAZILA BİLMƏZ - Ekspert AÇIQLADI 

Azərbaycan Səudiyyə Ərəbistanı ilə potensial əməkdaşlığı MÜZAKİRƏ ETDİ

Si Cinpin Fransa, Serbiya və Macarıstana səfər edəcək

Rasim Hüseynov vəzifəsindən AZAD EDİLDİ - SƏRƏNCAM

Blinken Səudiyyə Ərəbistanında SƏFƏRDƏDİR

Bütün xəbərlər